
Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edən "Araz-Naxçıvan" klubu bu gün turnirin ilkin mərhələsində sonuncu matçını keçirəcək.
"AVESTA.AZ" xəbər verir ki, B qrupunda yer alan komanda İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Qeyd edək ki, Vitalo Borisovun baş məşqçisi olduğu klub ilk qarşılaşmada Şimali İrlandiya təmsilçisi “Sparta Belfast”ı 7:1, Estoniya çempionu “Sillamae Silla”ya isə 7:0 hesabı ilə qalib gəlib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.