18-09-2024, 17:28 491

USAİD, senator və konqresmenlər ABŞ-nin Cənubi Qafqazdakı maraqlarına qarşı – ANALİZ

Anti-Azərbaycan şəbəkənin önündə gedən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) çirkin və qərəzli təbliğatı dayanmır. Erməni lobbisindən aldıqları vəsaitlərin müqabilində Azərbaycana qarşı hədyanlar yağdırılır, rəsmi Bakı işğaldan azad edilən ərazilərdə sərt tədbirlər həyata keçirməkdə ittiham olunur. Təşkilatın direktoru Samanta Pauerin sırasına USAİD administratorunun müavini İzabel Koulman da qoşulub. Ermənistanın müstəqilliyi günü ilə bağlı ABŞ-nin İrəvandakı səfirliyində keçirilən tədbirdə ölkəmizə qarşı böhtan dolu fikirlər səsləndirməsi ilə yadda qalıb. Faktları təhrif edən USAİD funksioneri separatizmə dəstək verib, revanşist qüvvələrlə həmrəylik nümayiş etdirib. Rəsmi Bakı da dərhal Koulmanın fikirlərini pisləyən bəyanatla çıxış edib. Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Ayxan Hacızadə bildirib ki, “İzabel Koulmanın Azərbaycana qarşı açıqlamasını şiddətlə pisləyir və qətiyyətlə rədd edirik. Administrator müavininin son dərəcə məsuliyyətsiz ifadələri Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğuna son qoymuş antiterror tədbirləri ilə bağlı faktları təhrif etmək məqsədi daşıyır. Əvvəla, Pauer və Koulmanın və onları qızışdırıb ortaya atanların korşalan yaddaşlarını növbəti dəfə yeniləmək istərdik”.

Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirləri beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun olub və heç vaxt mülki əhalini hədəf almayıb. Antiterror tədbirlərinə gətirib çıxaran Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən geri çəkilməsi üzrə öhdəliklərin yerinə yetirilməməsini, Ermənistan rəhbərliyi tərəfindən hərbi-siyasi təxribatların törədilməsini, o cümlədən Ermənistan Baş nazirinin son 30 ildə bu ölkə tərəfindən dəstəklənən qondarma rejimə 2 sentyabr tarixində ünvanladığı məsuliyyətsiz təbrik mesajını qınamaq əvəzinə, ABŞ Beynəlxalq İnkişaf Agentliyi rəsmilərinin Azərbaycan əleyhinə səsləndirdiyi iddialar separatizmin və Ermənistan daxilindəki revanşist qüvvələrin təşviqindən başqa bir şey deyil. USAİD-in digər bir qərəzi ondan ibarətdir ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi indiyə qədər regionda sayı 10 dəfə çox olan azərbaycanlı qaçqın və məcburi köçkünlərə münasibətdə eyni yanaşmanı nümayiş etdirməyib. İndi durub regionu könüllü şəkildə tərk edən erməni sakinlərlə bağlı guya narahatlığını bildirib.

Qeyd edək ki, USAID 2024-cü maliyyə ilində öz istəkləri ilə Qarabağdan könüllü şəkildə köçən ermənilərə 7 milyon dollardan çox humanitar yardım edib. Bununla da ABŞ-nin 2020-ci ilin sentyabrından bəri Qarabağla bağlı cavab tədbirlərini dəstəkləmək üçün ümumi maliyyə yardımı 31 milyon dollara çatıb. Əlavə olaraq, ABŞ Dünya Bankının Ermənistan üçün Qlobal Güzəştli Maliyyələşdirmə Fonduna 5 milyon dollar ayırıb. Bundan əlavə, ABŞ Beynəlxalq Maliyyə Korporasiyası kənd təsərrüfatı və sahibkarlığa dəstək məqsədilə aözügedən ölkəyə 50 milyon dollar kredit ayırıb.

USAİD ilə yanaşı, erməni lobbisinin ayırdığı vəsaitlərlə canfəşanlıq edən amerikalı konqresmenlər də hərəkətə keçiblər. Frenk Pallone və senator Ed Marki ABŞ Konqresinin hər iki palatası adından ABŞ-ni “Azərbaycana insan hüquqlarına riayət edilməsi məsələsində təzyiq göstərməyə” və COP29 ərəfəsində erməni "girovlar"ın azad olunmasını tələb etməyə çağırıblar. Bu barədə Amerika Erməni Milli Komitəsi X-də məlumat yayıb. Ardınca da ABŞ-nin ATƏT-dəki keçmiş səfiri və "Karnegi" fondunun vitse-prezidenti Daniel Bayer ABŞ Konqresinin Helsinki Komissiyasının dinləmələrində çıxış edərək bildirib ki, Qərb "Ermənistanı qonşularla münasibətlərin nizamlanmasında dəstəkləməyə niyyətlidir", lakin bu proses "ağrılı" olacaq. O, əlavə edib ki, Moskva "bu səyləri pozmağa cəhd edə bilər". Bayerin sözlərinə görə, Ermənistan Moskvadan "asılılıqdan" xilas olmaq və "bir neçə soyuq qışa" hazır olmaq üçün uzun yol keçməlidir. Lakin Bayer bu ifadə ilə nəyi nəzərdə tutduğunu konkretləşdirməsə də, Vaşinqtonun İrəvana uzunmüddətli dəstəyi azaltmayacağına əmin edib.

Bəs ABŞ-nin bu canfəşanlığının səbəbi nədir? Müxtəlif institutları, qanunverici orqanlarının üzvləri vasitəsilə Ermənistana hərtərəfli dəstək verməsi nədən qaynaqlanır? Fransa ilə birlikdə erməni maraqlarını ifadə etməsinə nə vaxt son qoyacaq? Bəllidir ki, Ermənistanla Azərbaycan arasında münaqişənin nizamlanması ilə məşğul olan hər iki ölkə 2020-cil İkinci Qarabağ müharibəsindən sonra anti-Azərbaycan bəyanat və fəaliyyətə üstünlük veriblər. Düzdür, ABŞ Fransadan fərqli olaraq ara-sıra sülh təşəbbüsləri və obyektiv mövqe nümayiş etdirir. Məsələn, ABŞ dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevlə telefon danışığı zamanı Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasının vacibliyini vurğulayıb. O, ölkəsinin bu məqsədə nail olunması üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib. Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə edilmiş nailiyyətləri, o cümlədən dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanmasını müsbət addım kimi qiymətləndirib.

Lakin birbaşa onun nəzarəti altında olan təşkilatlar, məsələn, USAİD kimi bədnam ermənipərəst qurumların anti-Azərbaycan, revanşizmi dəstəkləyən addımları təəccüb doğurur. ABŞ-nin Ermənistana ciddi maliyyə dəstəyi göz önündədir. Ola bilsin, bu addımlar məhz İrəvanın Moskvadan uzaqlaşması və onun siyasi, iqtisadi, hərbi nəzarətindən çıxarılması məqsədi ilə atılır. Lakin bunun ardınca separatizmi və revanşist bəyanatları dəstəkləməsi onun ikili oyun oynamasından xəbər verir.

Eyni zamanda, torpaqları erməni vandalizmindən əziyyət çəkən Azərbaycanın yerinə, işğalı həyata keçirən Ermənistana milyonlarla dollar ayrılması ikiüzlü siyasətin bariz nümunəsidir. O baxımdan, USAID-in Ermənistana beşillik yardım paketini iki dəfədən çox artıraraq 120 milyon dollardan 250 milyon dollara çatdırması barədə məlumat heç də təəccüblə qarşılanmayıb. Çox güman ki, ayrılan vəsaitin ilk tranşı Ermənistanın Rusiya sərhədçilərini “Zvartnots” hava limanından çıxarmasının qarşılığında alacağı mükafatdır.
Nəticə etibarilə, USAID-in Ermənistana dəstəyi guya sosial-iqtisadi dayanıqlılığı gücləndirmək, ticarətin şaxələndirilməsini dəstəkləmək və keçmiş Qarabağ münaqişəsindən sonra məcburi köçkünlərə kömək etmək məqsədi daşısa da, əslində, ABŞ Ermənistandakı revanşist qüvvələri aktivləşdirməyə çalışır.

Paylaş

Xəbər lenti

Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur Bu gün, 07:48 İmişlidə suvarma kanallarına suyun verilişi iki ay dayandırılacaq - Səbəb Bu gün, 00:48 İsraildə İran kəşfiyyatına məlumat ötürməkdə şübhəli bilinən şəxs tutuldu Dünən, 23:48 Süni intellekt bumunda gözlənilməz geriləmə: Şirkətlər 4,2 trilyon dollar itirdi Dünən, 23:48 İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək Dünən, 22:48 Yeni tibb fakültələri açılır: Həkim çatışmazlığı aradan qalxacaq? Dünən, 22:48 Gəncədə binada köməksiz qalan uşaq xilas edildi Dünən, 22:48 Kür çayında suyun səviyyəsi xeyli artıb Dünən, 21:48 Husilər strateji boğazda nəzarəti ələ keçirdi: Yəmən ordusu geri çəkildi Dünən, 21:48 Salyanda avtomobil yoldan çıxaraq aşıb, ana və qızı xəsarət alıb Dünən, 21:48 Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb Dünən, 20:48 Bakıda torpaq sürüşməsi: Hasarlar arasındakı məsafə üç metrə çatdı Dünən, 20:48 Prezident: "Ümummilli liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur" Dünən, 20:48 İlham Əliyev: "Radio və televiziya Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır" Dünən, 20:48 Miri Yusif "ağsaqqal" sözünə təəccübləndi Dünən, 20:48 Marketlərdə satılan doğranmış meyvələrlə bağlı XƏBƏRDARLIQ Dünən, 20:48 Azərbaycanda xəstəxananın şöbə müdiri infarktdan öldü Dünən, 19:48 Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub Dünən, 19:48 Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın Dünən, 19:48 Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib Dünən, 19:48 Sabah Bakıda bu ərazilərdə su olmayacaq Dünən, 18:48 Ağstafada sursat partlayıb: 1 nəfər həlak olub, daha biri xəsarət alıb Dünən, 18:48 Padel üzrə Respublika Kuboku yekunlaşdı! Dünən, 18:48 "Sən gəlməz oldun" ailəyə 1 milyon dollar qazandırıb" Dünən, 18:48 Milli Qəhrəmanla vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı Dünən, 18:48 Bakıda və Abşeronda küləyin sürəti 27 m/s-ə çatıb Dünən, 18:48 Cüdo üzrə Bakı çempionatına yekun vurulub Dünən, 18:48 Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb Dünən, 17:48 Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev vəfat etdi Dünən, 17:48 Azərbaycanda dəhşətli hadisə: İki nəfər minaya düşdü Dünən, 17:48 Şamaxıda doqquz ton meyvə ətrafa dağıldı, YOL BAĞLANDI Dünən, 17:48 Azərbaycan batut gimnastikası tarixində ilkə imza atıldı Dünən, 17:48 Dörd ay davam edəcək - Noyabr, dekabr, yanvar və fevral Dünən, 16:48 Sürücülərə XƏBƏRDARLIQ - Yollarda görünüş 500 metrədək məhdudlaşacaq Dünən, 16:48 Yataqxanada meyiti tapılan Elviranın müəmmalı ölümü ilə bağlı AÇIQLAMA Dünən, 16:48 Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib Dünən, 16:48 Əməkdar artist Arif Mirzəyev DƏFN EDİLDİ Dünən, 16:48 SpaceX tarixə düşdü: Kosmik gəmi havada mexaniki qollarla tutuldu Dünən, 15:48 Qrip və pnevmoniyadan qorunmağın ən effektiv yolu açıqlanıb Dünən, 15:48 Can Yamanın son görünüşü müzakirələrə səbəb olub Dünən, 15:48 Təyyarənin qaçırılacağı iddiası Moskvaya uçuşu iki saat gecikdirdi Dünən, 14:48 Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu Dünən, 14:48 İran Trampı PUA hücumu ilə hədəfə almağı planlaşdırır Dünən, 14:48 Yuxusuzluq infarkt və insult riskini artırır – Həkimdən xəbərdarlıq Dünən, 14:48 Çin Nvidia-nın keçmiş rəhbərini kəşfiyyat hədəfinə çevirib? – WSJ-dən iddia Dünən, 14:48 Makron: Ukrayna NATO-da tamhüquqlu yerini tutmalıdır Dünən, 13:48 Portuqaliya millisindən Ronaldoya xüsusi JEST Dünən, 13:48 Sabah bu ərazilərdə su olmayacaq - Xəbərdarlıq Dünən, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR