
Gədəbəy rayonunda 42 yaşlı kişi atdan yıxılaraq ölüb.
"Report"un xəbərinə görə, hadisə Slavyanka kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1982-ci il təvəllüdlü Habil Süleymanov atdan yıxılıb və nəticədə hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.