22-09-2022, 12:38 1017

AMEA-nın yeni Nizamnaməsinin layihəsi qəbul olunub, Akademiyaya seçkilərin proseduru müəyyənləşib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 14 maddədən və 228 bənddən ibarət yeni Nizamnamə layihəsi hazırlanıb, Akademiyaya seçkilərlə əlaqədar məsələlərə dair prosedurlar müəyyən edilib.

Bu barədə "AVESTA.AZ"a AMEA-dan məlumat verilib.

Bildirilib ki, akademiyanın Nizamnamə Komissiyasının iclasında yeni hazırlanan Nizamnamə layihəsi müzakirə olunub.

İclası açan AMEA-nın vitse-prezidenti, Nizamnamə Komissiyasının sədri, akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq hazırlanmış Akademiyanın yeni Nizamnaməsinin layihəsi haqqında məlumat verib.

Qeyd olunub ki, yeni Nizamnamə layihəsi Prezident Fərmanı əsasında Akademiyanın işinin və elmi fəaliyyətin yenidən təşkili ilə əlaqədar məsələləri, elmi-təşkilati proseslərin tənzimlənməsi mexanizmlərini əks etdirir. Yeni Nizamnamə layihəsi hazırlanarkən elmi tədqiqatların ölkəmizin dövlət tərəfindən müəyyən edilmiş milli prioritetlərinə və inkişaf strategiyasına uyğun şəkildə, dünya elminə inteqrasiya şəraitində təşkili və həyata keçirilməsi ilə əlaqədar müddəalar, habelə elm və təhsilin qarşılıqlı əlaqəsi ilə bağlı məsələlər əsas prinsip kimi qəbul olunub. Bütövlükdə 14 maddədən və 228 bənddən ibarət olan yeni Nizamnamə layihəsində Akademiyanın strukturu, vəzifələri və hüquqları, Akademiyanın Ümumi yığıncağının, Rəyasət Heyətinin, elmi bölmələrin, regional elmi mərkəzlərin, elmi müəssisələrin, elmi-xidmət müəssisələrinin fəaliyyət istiqamətləri müəyyən olunub, Akademiyaya seçkilərlə əlaqədar məsələlərə dair prosedurlar əhatə edilib. Layihədə Akademiyanın beynəlxalq əməkdaşlığının təşkili və tənzimlənməsinə aid müddəalar da özünə yer alıb.

AMEA-nın yeni Nizamnamə layihəsinin müzkirəsində Nizamnamə Komissiyasının üzvlərindən akademiklər Telman Əliyev, Nazim Məmmədov, müxbir üzv Bəxtiyar Məmmədov, AMEA Həmkarlar Təşkilatının sədri, hüquq elmləri doktoru Habil Qurbanov, hüquq elmləri doktoru Nazim Cəfərov, biologiya elmləri doktoru, professor Ulduz Həşimova, AMEA Hüquq şöbəsinin müdiri Kamal Əliyev çıxış edərək təkliflərini və mülahizələrini bildiriblər.

AMEA-nın vitse-prezidenti, Nizamnamə Komissiyasının sədri, akademik İsa Həbibbəyli irəli sürülən təkliflərə münasibətini bildirib və müzakirələri yekunlaşdırıb.

İclasda qeyd edilən təkliflər nəzərə alınmaqla AMEA-nın yeni Nizamnaməsinin layihəsi əsasən qəbul edilib və layihənin növbəti müzakirə üçün Rəyasət Heyətinə təqdim edilməsi qərara alınıb.

AMEA Nizamnaməsinin layihəsi Rəyasət Heyətinin iclasında müzakirə edildikdən sonra Akademiyanın Ümumi yığıncağına təqdim olunacaq.

Nizamnamə qaydalarına əsasən AMEA-nın Nizamnaməsi Ümumi yığıncağın vəsatəti ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.

Paylaş

Xəbər lenti

DÇ-2026: Fransanı mübarizədən kənarlaşdıran İspaniya ilk finalçı olub Bu gün, 01:48 "Qarabağ"ın sabiq hücumçusu Duran "Seltik"də ilk qolunu vurdu Bu gün, 00:51 Etibarsız vəsiqə və 21 dəqiqəlik xəstəxana ziyarəti - "Arzum"un məhkəmə işində ŞOK DETALLAR Bu gün, 00:51 Tramp: Düşünürəm ki, Yaxın Şərq birləşir Bu gün, 00:50 "Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb Bu gün, 00:49 Maliyyə qalmaqalı: İraqda 140 milyard dolların yoxa çıxması faktı araşdırılır Bu gün, 00:49 Ali Rada Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət rejiminin artırılmasını təsdiqlədi Bu gün, 00:49 İranın Əhvaz şəhərində partlayış səsləri eşidilib Bu gün, 00:49 Odessa sahillərində Azərbaycan vətəndaşlarının olduğu gəmi dron hücumuna məruz qalıb Bu gün, 00:48 Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq Bu gün, 00:48 Slovakiya prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb Dünən, 22:48 Biləcəridə hər gün qəza riski: Sürücülər təhlükə ilə üz-üzə Dünən, 22:48 "Qəbələ" yoxlama oyununda "Kəpəz"i məğlub etdi Dünən, 22:48 Pezeşkian: Biz Trampın sözlərinə əməllərlə cavab verəcəyik Dünən, 22:48 UEFA Çempionlar Liqası: TNS - "Sabah" qarşılaşmasında hesab artıb Dünən, 22:48 İran böhranı nefti bahalaşdırdı: Azərbaycanı nə gözləyir? Dünən, 22:48 SEPAH ABŞ-nin Bəhreyndəki bazasına hücum edib Dünən, 22:48 Şabranda FACİƏ: Zəhərlənən 75 yaşlı qadın öldü Dünən, 22:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Peter Pelleqrininin Azərbaycana səfərinə dair paylaşım edilib Dünən, 21:48 Trampdan sürpriz geri addım: ABŞ prezidenti Yaxın Şərq ölkələri ilə razılığa gəldi Dünən, 21:48 Məzuniyyətə çıxmayanların nəzərinə - Həkim xəbərdarlıq etdi Dünən, 21:48 UEFA Çempionlar Liqası: TNS - "Sabah"ı qəbul edir Dünən, 21:48 Bakıda gənc yazıçı xanımı maşın vurdu Dünən, 21:48 Dayı bacısı qızının evindən qızıl oğurladı Dünən, 21:48 Gəncədə yas mərasimində daha bir KÜTLƏVİ ZƏHƏRLƏNMƏ Dünən, 20:48 Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın üç küçəsində təmir işləri yekunlaşdı Dünən, 20:48 "Anamı və arvadımı cin-şeytan kimi görürdüm" - Goranboydakı dəhşətli cinayətin TƏFƏRRÜATI Dünən, 20:48 Yamalın Dünya Çempionatındakı ən böyük problemi üzə çıxdı Dünən, 20:48 Bakıda daha bir marşrut xəttinin avtobusları və hərəkət sxemi yenilənir Dünən, 20:48 Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib Dünən, 20:48 22 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak oldu Dünən, 20:48 Bakıda daha iki küçədə hərəkət məhdudlaşdırılır Dünən, 20:48 "Ziraat Bank Azərbaycan"ın problemli kreditləri 83 % artıb Dünən, 19:48 Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verib Dünən, 19:48 Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA Dünən, 19:48 Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir Dünən, 19:48 Azərbaycan və Slovakiya daxili işlər sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb Dünən, 18:48 Beynəlxalq axtarışda olan Türkmənistan vətəndaşı ekstradisiya edilib Dünən, 18:48 Bakıda sərnişin avtobusları toqquşdu Dünən, 18:48 Azərbaycan Belarusdan kartof tədarükünü kəskin artırıb Dünən, 18:48 Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir Dünən, 18:48 Bu rayonda yeni uşaq oyun meydançaları yaradılacaq Dünən, 18:48 Dostuna mesaj yazan anasını ölümcül bıçaqladı - Samuxdakı dəhşətli cinayətin TƏFƏRRÜATI Dünən, 17:48 Əli Əsədov "Damen Shipyards Group" şirkətinin baş icraçı direktoru ilə görüşüb Dünən, 17:48 Haluk Leventin qumarxanadan görüntüləri sızdı Dünən, 17:48 Yaxın Şərqdə münaqişə yenidən böyüdü - İranda ard-arda partlayışlar oldu Dünən, 17:48 Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər Dünən, 17:48 Slovakiyalı nazir: "Azərbaycandan ildə 1,2 milyard kubmetr qaz almaq istəyirik" Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR