23-10-2024, 12:53 363

Ukraynadakı müharibə hesabına qazanc əldə edən Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir.

"AVESTA.AZ" xəbər verir ki, bu barədə "Euronews" saytında dərc olunan məqalədə bildirilib.

Bildirilir ki, Ermənistan münaqişədə birbaşa iştirakçı olmasa da, onun Rusiya ilə iqtisadi əlaqələri tənqid obyektinə çevrilib. Xüsusən də, malların yenidən ixracı və sanksiya altında olan şirkətlərlə beynəlxalq bazar arasında ticarətə yardım etməsi bu tənqidlərə rəvac verib.

Ermənistanın Rusiya ilə iqtisadi münasibətləri, Rusiyaya qarşı Qərb sanksiyaları tətbiq edildikdən sonra xüsusilə çiçəklənib.

Rusiya iki ölkə arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artdığını, ötən il bu rəqəmin 7,4 milyard dollara çatdığını bəyan edib. Bu ilin birinci yarısında bu göstərici 2,5 dəfə artaraq 8,3 milyard dolları ötüb. Hazırkı templə davam edərsə, o zaman ticarət həcminin ilin sonuna qədər 14-16 milyard dollara çata biləcəyi təxmin edilir.

Ticarət dövriyyəsinin ciddi şəkildə artması Ermənistanın Rusiyanın Qərb sanksiyalarından yan keçməsinə imkan yaradan yenidən ixrac mərkəzi statusundan istifadəsi kimi şərh oluna bilər.

Ermənistanın geosiyasi sahədə mühüm rola yüksəlməsi dolayısı ilə Rusiyanın sanksiyalar şəraitində iqtisadi dayanıqlılığını gücləndirib. Ölkə, əlbəttə ki, öz maraqlarını irəli çəkməyə diqqət yetirir, lakin bu dinamika Rusiyanı təcrid etməklə bağlı qlobal səylərin pozulmasına dair narahatlıq doğurur.

Yenidən ixraca icazə verməklə və güclü ticarət əlaqələrini dəstəkləməklə Ermənistan Rusiyaya qadağan olunmuş mallara və texnologiyalara davamlı çıxış təmin edərək sanksiyaların təsirini yumşaltmağa kömək edir. Ermənistan Moskvanın sanksiyalardan yan keçməsində mühüm alətə çevrilib, o cümlədən ölkə Rusiyanın qiymətli daşlarının və qızılının yenidən ixracı ilə məşğul olur.

"2023-cü ildə Ermənistan 4,5 milyon karat almaz ixrac edib ki, bu da respublikanın özündə hasil ediləndən 30 dəfə çoxdur", - telekanal qeyd edib.

Ermənistanın Rusiya ilə sıx əlaqələri diqqətdən kənarda qalmayıb, lakin Qərbin reaksiyası nisbətən təmkinli olaraq qalır. Pərdə arxasında yaxşı təşkil olunmuş lobbi səyləri, görünür, əhəmiyyətli rol oynayır və ehtimal ki, nüfuzlu elitalar tərəfindən həyata keçirilir. Bununla yanaşı, böyük PR və kommunikasiya şirkətləri tərəfindən dəstəklənir.

Bildirilib ki, Ermənistanın Rusiyayla ticarətin artması sayəsində stimullaşdırılan iqtisadi artımı dolayısıyla Ukraynada müharibə ilə subsidiyalaşdırılır.

Eyni zamanda, diplomatik arenada Ermənistanın baş naziri Nikol Paşinyan, xüsusən də Ukraynada münaqişə başladıqdan sonra Rusiyadan nümayişkaranə şəkildə məsafə saxlamağa çalışır.

"Ermənistanın diplomatik səylərinin həqiqətən səmimi olduğunu, yoxsa qlobal qeyri-sabitlikdən, xüsusən də davam edən müharibə kontekstində faydalanmağa yönəlmiş təfriqəçi manevrlər olduğunu müəyyən etmək getdikcə çətinləşir", - məqalədə vurğulanıb.

Paylaş

Xəbər lenti

İmişlidə suvarma kanallarına suyun verilişi iki ay dayandırılacaq - Səbəb Bu gün, 00:48 İsraildə İran kəşfiyyatına məlumat ötürməkdə şübhəli bilinən şəxs tutuldu Dünən, 23:48 Süni intellekt bumunda gözlənilməz geriləmə: Şirkətlər 4,2 trilyon dollar itirdi Dünən, 23:48 İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək Dünən, 22:48 Yeni tibb fakültələri açılır: Həkim çatışmazlığı aradan qalxacaq? Dünən, 22:48 Gəncədə binada köməksiz qalan uşaq xilas edildi Dünən, 22:48 Kür çayında suyun səviyyəsi xeyli artıb Dünən, 21:48 Husilər strateji boğazda nəzarəti ələ keçirdi: Yəmən ordusu geri çəkildi Dünən, 21:48 Salyanda avtomobil yoldan çıxaraq aşıb, ana və qızı xəsarət alıb Dünən, 21:48 Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb Dünən, 20:48 Bakıda torpaq sürüşməsi: Hasarlar arasındakı məsafə üç metrə çatdı Dünən, 20:48 Prezident: "Ümummilli liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur" Dünən, 20:48 İlham Əliyev: "Radio və televiziya Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır" Dünən, 20:48 Miri Yusif "ağsaqqal" sözünə təəccübləndi Dünən, 20:48 Marketlərdə satılan doğranmış meyvələrlə bağlı XƏBƏRDARLIQ Dünən, 20:48 Azərbaycanda xəstəxananın şöbə müdiri infarktdan öldü Dünən, 19:48 Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub Dünən, 19:48 Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın Dünən, 19:48 Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib Dünən, 19:48 Sabah Bakıda bu ərazilərdə su olmayacaq Dünən, 18:48 Ağstafada sursat partlayıb: 1 nəfər həlak olub, daha biri xəsarət alıb Dünən, 18:48 Padel üzrə Respublika Kuboku yekunlaşdı! Dünən, 18:48 "Sən gəlməz oldun" ailəyə 1 milyon dollar qazandırıb" Dünən, 18:48 Milli Qəhrəmanla vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı Dünən, 18:48 Bakıda və Abşeronda küləyin sürəti 27 m/s-ə çatıb Dünən, 18:48 Cüdo üzrə Bakı çempionatına yekun vurulub Dünən, 18:48 Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb Dünən, 17:48 Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev vəfat etdi Dünən, 17:48 Azərbaycanda dəhşətli hadisə: İki nəfər minaya düşdü Dünən, 17:48 Şamaxıda doqquz ton meyvə ətrafa dağıldı, YOL BAĞLANDI Dünən, 17:48 Azərbaycan batut gimnastikası tarixində ilkə imza atıldı Dünən, 17:48 Dörd ay davam edəcək - Noyabr, dekabr, yanvar və fevral Dünən, 16:48 Sürücülərə XƏBƏRDARLIQ - Yollarda görünüş 500 metrədək məhdudlaşacaq Dünən, 16:48 Yataqxanada meyiti tapılan Elviranın müəmmalı ölümü ilə bağlı AÇIQLAMA Dünən, 16:48 Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib Dünən, 16:48 Əməkdar artist Arif Mirzəyev DƏFN EDİLDİ Dünən, 16:48 SpaceX tarixə düşdü: Kosmik gəmi havada mexaniki qollarla tutuldu Dünən, 15:48 Qrip və pnevmoniyadan qorunmağın ən effektiv yolu açıqlanıb Dünən, 15:48 Can Yamanın son görünüşü müzakirələrə səbəb olub Dünən, 15:48 Təyyarənin qaçırılacağı iddiası Moskvaya uçuşu iki saat gecikdirdi Dünən, 14:48 Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu Dünən, 14:48 İran Trampı PUA hücumu ilə hədəfə almağı planlaşdırır Dünən, 14:48 Yuxusuzluq infarkt və insult riskini artırır – Həkimdən xəbərdarlıq Dünən, 14:48 Çin Nvidia-nın keçmiş rəhbərini kəşfiyyat hədəfinə çevirib? – WSJ-dən iddia Dünən, 14:48 Makron: Ukrayna NATO-da tamhüquqlu yerini tutmalıdır Dünən, 13:48 Portuqaliya millisindən Ronaldoya xüsusi JEST Dünən, 13:48 Sabah bu ərazilərdə su olmayacaq - Xəbərdarlıq Dünən, 13:48 Fransa vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzədir Dünən, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR