
Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında qızıl medal qazanıb.
"Report" xəbər verir ki, o, qazaxıstanlı Yerjet Jarlikassiyə 6:1 hesabı ilə qalib gələrək çempion olub.
Qeyd edək ki, bundan əvvəl Eldəniz Əzizli Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında qızıl medala yiyələnib.
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında qızıl medal qazanıb.
"Report" xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda iranlı Poya Marz ilə üz-üzə gəlib.
Görüş 1:1 hesabı ilə başa çatsa da, xalların keyfiyyətinə görə E.Əzizli qalib gəlib. Bununla da o, karyerasında 4-cü dəfə dünya çempionatında qızıl medala yiyələnib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.