
Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.
“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 76-cı məhəllə ərazisində qeydə alınıb.
Bıçaq yaraları alan Ceyhun adlı şəxs xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, tibb müəsisəsinin qarşısında ölüb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.