
Türkiyənin Şanlıurfa şəhərinin Suruç rayonu yaxınlığında sərnişin avtobusu aşıb, xeyli sayda yaralı var.
Bu barədə "AVESTA.AZ" "Haber Global"a istinadən xəbər verir.
Yol-nəqliyyat hadisəsi Şanlıurfa-Qaziantep avtomobil yolunda qeydə alınıb.
Hadisə nəticəsində 25 nəfər xəsarət alıb. Avtobusda olan yaralılar xilasedici qrupların köməyi ilə çıxarılıb.
Qəzanın sürücünün ötmə əməliyyatını düzgün aparmaması səbəbindən baş verdiyi iddia edilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.