17-12-2024, 17:54 510

Fransada insanlıq əleyhinə növbəti qanun - islamofobiya fonunda əbayəyə qadağa qoyulur - ŞƏRH

Dünyanın müxtəlif bölgələrində 50-dən artıq dövlətin ərazisini işğal etmiş, sərvətlərini talamış, xalqlarını uzun illər əsarətdə saxlamış Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq əleyhinə cinayətləri bəşər tarixinin qara səhifəsidir.

Müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüzminlərlə dinc sakini kütləvi surətdə qətlə yetirib. Törədilmiş soyqırımı cinayətləri Fransanın siyasi tarixində silinməsi mümkün olmayan ləkədir. Artıq neçə ildir ki Fransa digər iyrənc bir tendensiyanın önündə gedir. Söhbət miqrantlara qarşı sərt qaydaların tətbiqi və islamofobiya hallarının artmasından gedir.

Bu ölkə artıq sonuncu məsələdə flaqman rolunu oynayır. Prezident Emmanuel Makron hökuməti tərəfindən müsəlman qadınların ənənəvi uzun paltarı olan əbayə qadağan edilir. Növbəti həftədən məktəblərdə bu geyimdə bəzi müsəlman ölkələrində geniş yayılmış ənənəvi uzun qadın paltarının geyinilməsinə qadağa qüvvəyə minəcək.

Artıq ölkənin sol qüvvələri bu qərara çıxıb və bunu vətəndaş azadlıqlarına müdaxilə hesab ediblər. Hələ 2023-cü ildə Makron hökuməti əbayə geyinməyə qadağanı müdafiə edərək iddia edirdi ki, bərabərlik və dünyəvilik konsepsiyası bütün növ açıq-aşkar dini geyimlərin geyinilməsinə məhdudiyyət tələb edir. Lakin əbayə geyinmiş müsəlman uşaqlarının kiçik bir qrupunun Fransa üçün necə təhlükə yaratdığını, din və özünüifadə azadlığına qoyulan qadağanın "bərabərliyə" can atmağın sübutu kimi necə şərh edilə biləcəyini anlamaq çətindir.

İrqçilik və islamofobiyanın Fransa cəmiyyətində artdığını sübut edən onlarla, yüzlərlə fakt var. İslamofobiya Fransanın dövlət siyasəti səviyyəsinə qaldırılıb. Bunun nəticəsidir ki, az qala hər həftə Fransa şəhərlərinin küçələrində müsəlman qadınlara qarşı aksiyalar baş verir. Bununla yanaşı, islamofobiyanın digər çoxsaylı təzahürləri də artır, xüsusilə də dini obyektlərin təhqir edilməsi, məktəblərdə baş örtüyü geyinməyə qadağa qoyulması, təhqirlər, təqiblər, fiziki təcavüz...

İslamofobiya ilə bağlı faktlar isə kifayət qədərdir. Parisin yaxınlığındakı Vigny-sur-Seine kommunasında vandalların yerli məscidin darvazasına çöl donuzunun başını və cəsədini asması, Orne departamentinin Flers kommunasında Fransa-Türkiyə məscidinin divarlarında anti-İslam və neonasist yazılar peyda olması da bariz nümunədir.

Məscidin divarlarında "İslam, Avropadan çıx!" və "Şarleman Diviziyası" (nasist Almaniyasının SS qoşunları) sözləri yazılmışdı. Düzdür, Fransa məktəblərində hicab da daxil olmaqla bütün dini simvollar qadağan edilib. Həmçinin, böyük xristian xaçları və yəhudi kippaları da qadağan olunub.

O vaxtdan bəri ölkə insanların geyimini zorla tənzimləməyə başlayıb, onlara nəyi geyinməyin mümkün olub-olmadığını diktə edərək, küçələrdə paranja və niqab geyinməyi məhdudlaşdırıb. İslamofob qanunlar Fransada yaşayan müsəlmanları dəfələrlə təqib edir, "antiradikalizm" adı altında qorxu yaratmağa yönəlmiş "Sistematik maneə" kimi tanınan 2020-ci il siyasətindən tutmuş, dövlət sektorunda işləyənlərə dini mənsubiyyətlərini nümayiş etdirməyi qadağan edən 2021-ci il separatizmlə mübarizə qanununa qədər.

Yada salaq ki, İslam peyğəmbərinin karikaturasını ilk yayan ölkə də məhz Fransa olub. Bu ölkənin “Charlie Hebdo” jurnalının atdığı addımın hədəfi öncədən bəlli idi - İslam dəyərlərini təhqir etmək, islamofobiyanı qızışdırmaq və bununla da müsəlmanları təxribatlara çəkmək.

Son dövrlər müsəlmanların ibadət azadlığını məhdudlaşdıran həddən çox qanun da qəbul edilib. Bu qanunlar ölkədə müsəlmanlara münasibətin hansı səviyyədə, islamofobiyanın nə qədər güclü olduğunu əks etdirir.

17 yaşlı əlcəzairli yeniyetmənin Fransa polisi tərəfindən öldürülməsi isə pik hədd idi. İnsan Hüquqları üzrə Milli Məşvərət Komissiyasının (CNCDH) məlumatına görə, təkcə 2020-ci ildə Fransada İslamofobiya səviyyəsi 52 faiz artıb. Bu illər ərzində də göstərici 60 faizə çatıb. Təhlükəlisi odur ki, islamofobiya cəmiyyətə sirayət edir. Ekspertlərin müəyyən etdiyinə görə, fransızların təxminən 60 faizi Məhəmməd peyğəmbərin dinini "milli kimliyə təhlükə" hesab edir. Sadə sakinlərin fikirlərinə hakimiyyət də qoşulur.

Hakimiyyətin mövqeyi “başadüşüləndir”. Hökumət böhranları, miqrasiya problemi, işsizliyin pik həddə çatdığı Fransada bu addımlarla ictimai rəyi əsas məsələlərdən ayırmağa çalışılır. Çünki Makron və ətrafı gözəl anlayır ki, cəmiyyətə bu məsələni yeritmək populist addım ola bilər.

Rəy sorğusunda iştirak edən fransızların dörddə üçü Emmanuel Makronu pis prezident hesab edir. “Odoxa” şirkətinin sorğusuna əsaslanan araşdırmadan məlum olub ki, Makronun yaxşı prezident olub-olmaması ilə bağlı suala respondentlərin 74 faizi "xeyr" cavabını verib. Sağçı "Milli Birlik" partiyasının tərəfdarlarının 94 faizi prezidentin fəaliyyətini bəyənmədiklərini bildiriblər. Solçu "Əyilməz Fransa" partiyası tərəfdarlarının 86 faizi də eyni fikirdədir. Sorğuya əsasən, rəyi soruşulanların 52 faizi hesab edir ki, prezident bir dəfədən artıq müddətə namizədliyini irəli sürmək hüququna malik olmamalıdır.

Araşdırmada qeyd olunub ki, bu cür aşağı reytinq təkcə hazırkı siyasi vəziyyətlə deyil, həm də fransızların qəbul etmədiyi prezidentin şəxsiyyəti ilə bağlıdır. Bundan əlavə, fransızlar ölkədəki siyasi böhrandan son dərəcə narahatdırlar və genişmiqyaslı inzibati islahatların keçirilməsini tələb edirlər. Belə ki, respondentlərin 56 faizi Altıncı Respublikaya keçidin zəruri olduğunu düşünür. Bu göstərici də islamofobiyanı məqsədli şəkildə artıran amillərdən biridir.

Avropa qitəsində ən böyük müsəlman əhalisi olan ölkə artıq bu dindən olanlara qarşı "səlib yürüşü" elan etdiyini əksəriyyət təsdiqləyir. Xüsusilə, indiki iqtidarın hakimiyyətə gəldiyi 2017-ci ildən bəri müsəlmanlara qarşı hücumlar artıb. Hakimiyyət az qala ümumi narazılıqları, faktiki olaraq hər ay baş verən hökumət böhranlarında müsəlmanları günahkar hesab edib.

Sosioloji tədqiqatların nəticələri və statistik məlumatlar fransız cəmiyyətinin müxtəlif sahələrində islamofobiyanın mövcudluğunu göstərir. İş yerində ayrı-seçkilik, müsəlman ibadət evləri və məscidlərin tikintisinə qarşı narazılıq, həmçinin küçələrdə hadisələrin sayının artması - bütün bu faktlar diqqət və müvafiq tədbirlərin görülməsini tələb edən problemdən xəbər verir. Müsəlman qadınların ənənəvi uzun paltarı olan əbayə qadağanın tətbiqi də bunun davamıdır.

Bir faktı da qeyd edək ki, hakimiyyətin həyata keçirdiyi sərt qaydalar cəmiyyətdə ikitirəlik yaradıb. Gözlənildiyi kimi, bunlar Fransa Müsəlmanları Assosiasiyasının sərt təpkisi ilə üzləşib. Assosiasiya Fransanın ali məhkəməsi – Dövlət Şurası qarşısında qərarın qanunsuz olduğu barədə vəsatət qaldırıb.

Ölkədə bir çox İslam təşkilatını birləşdirən Fransa Müsəlmanları Şurası (CFCM) bəyan edib ki, özlüyündə geyim heç bir dini mənsubiyyəti əks etdirmir. Şura əbaya qadağa qoyulmasını “ayrı-seçkiliyin yüksək riski” adlandırıb, bunun ölkədə ciddi narazılıqlara, hətta vəziyyətin nəzarətdən çıxacağına səbəb olacağından narahatlığını ifadə edib.

"France Insoumise" hərəkatını parlamentdə təmsil edən deputat Klementinu Oten bu addımı vətəndaşların dini azadlıqlarına müdaxilə cəhdi kimi qiymətləndirib. Onun sözlərinə görə, hökumətin bu addımı müsəlmanlara qarşı xarakterik haldır. Bir sıra nüfuzlu alimlər də hökumətin addımını qeyri-məhsuldar hərəkət kimi xarakterizə ediblər.

“Bu, bütövlükdə müsəlmanlara ciddi zərbə olacaq. Onlar stiqmatizasiyanı hiss edəcəklər. Bu, həqiqətən də biabırçılıqdır”, - sosioloq Anyes de Feo bəyan edib.

Görünən odur ki, hakimiyyət sərt qaydalar tətbiq etməklə ictimai diqqəti köklü məsələlərdən yayındıra biləcəyinə ümid edir. Lakin təsir əks təsir də doğurar. Hakimiyyətin bu addımı cəmiyyətdə narazılıqları nəinki azaldacaq, əksinə, insanların qəzəb və nifrət hissini daha da gücləndirəcək.

Paylaş

Xəbər lenti

Fulya Öztürk Leyla Əliyeva ilə videosunu onun sözlərinə bəstələnən mahnı ilə paylaşdı Bu gün, 00:48 Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi Bu gün, 00:48 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb Dünən, 23:48 Əliyar Ağayev UEFA Millətlər Liqası matçına təyinat aldı Dünən, 23:48 Bakıda mühüm tunelin tikintisində işlər dayanıb: Ərazidə nə işçi var, nə də texnika Dünən, 23:48 Portuqaliyada on minlərlə insan mənzil qiymətlərinin artmasına etiraz edir Dünən, 23:48 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb Dünən, 23:48 Almaniya qaz qıtlığı riski səbəbindən kömür elektrik stansiyalarının işini bərpa edə bilər Dünən, 23:48 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi Dünən, 22:48 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi Dünən, 22:48 Bakıda təhlükəli vəziyyət: "Burada dəfələrlə qəza olub" Dünən, 22:48 Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü Dünən, 21:48 Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər Dünən, 21:48 İran turizm marşrutlarını Məşhəddən kənara genişləndirmək istəyir Dünən, 21:48 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb Dünən, 21:48 Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb Dünən, 21:48 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı Dünən, 20:48 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb Dünən, 20:48 Bakı və London arasında tarixi razılaşma: Strateji tərəfdaşlıq nələri dəyişəcək? Dünən, 20:48 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi Dünən, 20:48 Zelenskidən Ukraynanın neytral statusu ilə bağlı bəyanat Dünən, 19:48 Azərbaycan FAMEX-ə dəvət edilib Dünən, 19:48 Qara dənizdə yük gəmisinə PUA hücumu olub Dünən, 19:48 "Naxçıvan" voleybol klubu ardıcıl ikinci qələbəsini qazanıb Dünən, 19:48 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər Dünən, 18:48 Görmə itkisinə aparan xəstəliklər hansılardır? Dünən, 18:48 Türkiyədə milyardlıq əməliyyat: Otel və əyləncə mərkəzləri müsadirə edildi Dünən, 18:48 SOCAR Türkiyədə nafta istehsalını 17 %-ə yaxın artırıb Dünən, 18:48 Sarı və narıncı xəbərdarlıq: Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi Dünən, 18:48 Bakı avtobuslarında sərnişin bumu Dünən, 17:48 Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb Dünən, 17:48 Mərdanovlar ailəsi aylardır qorxu içində: "O səs qulağımdan getmir" Dünən, 17:48 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib Dünən, 17:48 Sabiq nazirə ağır itki üz verdi Dünən, 17:48 Büdcə üçün risk: Hesablama Palatası açıqladı Dünən, 17:48 SOCAR-ın Türkiyədəki zavodu sentyabrda aviayanacaq istehsalının həcmini açıqlayıb Dünən, 17:48 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb Dünən, 16:48 Rusiya modern "İsgəndər" raketləri ilə Ukraynanı ikiyə bölməyi hədəfləyir Dünən, 16:48 Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 16:48 STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 %-ə yaxın artırıb Dünən, 16:48 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib Dünən, 16:48 Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var Dünən, 15:48 Məşhur aktyorun bu fotosu ilə bağlı əsl həqiqət üzə çıxdı Dünən, 15:48 "Kəpəz" və "Gəncəbasar" komandaları yoxlama oyununda üz-üzə gəliblər Dünən, 15:48 Təbiətə qarşı laqeydlik: Bakıda bu bağ plastik tullantılarla zibillənib Dünən, 15:48 Kamran Əliyev argentinalı həmkarları ilə əməkdaşlığı müzakirə edib Dünən, 15:48 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş Dünən, 15:48 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR