28-12-2024, 15:34 452

Türkiyənin davam edən savaşı - gələn il bitəcək terror problemi - ŞƏRH

Türkiyə Cümhuriyyəti qurulduğu gündən düşmənlərinin başlıca hədəfi onu zəiflətmək, sıradan çıxarmaq və kiçiltmək olub. Onlar Birinci Dünya Müharibəsi zamanı Osmanlı dövlətinə qarşı birgə fəaliyyət göstəriblər. Bu müharibə zamanı onlara qarşı layiqli müqavimət göstərilib. Ancaq sonrakı illərdə Türkiyəni sıxışdırmaqla ona dünyanın siyasi səhnəsində əvvəllər olduğu aparıcı rol oynamasına imkan verilməyib.

Həmin qüvvələr İkinci dünya savaşından sonra da anti-Türkiyə fəaliyyətindən əl çəkməyiblər. Ölkədə hərbi çevrilişlər və hakimiyyətin devrilməsinə cəhdlər edilib. Cümhuriyyət tarixində, 1923-cü ildən indiyədək səkkiz çevriliş və ona cəhd edilib.

İlk hərbi çevriliş 1960-cı il mayın 27-də baş verib. Buna demokratik hərəkatın əksi də deyirlər. Bu həm də İkinci Dünya Müharibəsindən sonra yaranmış “soyuq savaş”ın, ikiqütblüyün törəməsi də sayıla bilər. Həmin illərdə Adnan Menderes hökuməti Türkiyəni daha demokratik və iqtisadi cəhətdən inkişaf etmiş ölkə sırasına çıxarmaq istiqamətində fəaliyyət göstərib.

Sonrakı dövrlərdəki çevrilişlərdə Türkiyə ikiqütblü dünyanın ziddiyyətini yaşayıb.

Sonuncu belə bir cəhd 2016-cı il iyulun 15-də edilib. Ancaq bu dəfə hədəf Rəcəb Tayyib Ərdoğan hakimiyyəti olub. Onun da xaricdən qaynaqlandığı istisna edilmir. Türkün, Osmanlının dəyişməz düşmənləri yenə də Cümhuriyyətin müstəqilliyini hədəf almışdı. Bu hadisə Adnan Menderesə qarşı çevrilişə də bənzəyirdi.

Osmanlı dövlətinin Baş naziri Tələt Paşanın erməni tərəfindən terror olunması ilə türk dövlət adamlarına qarşı belə cinayətlər törədilməyə başlayıb.

Türkiyə düşmənləri bu məsələni 1980-ci illərdə daha da genişləndirməyə başlayıb.

Ona görə ötən illər ərzində Cümhuriyyət ASALA, Daşnaksütyun (erməni terror təşkilatları), PKK/YPG-PYD (kürd etnik qrupunun terror dəstəsi), İŞİD, “Əl-Qaidə” və başqalarına qarşı mübarizə aparıb, bu, davam etməkdədir.

Bu, Türkiyənin həm də beynəlxalq terror şəbəkəsinə qarşı beynəlxalq ictimaiyyətlə birgə əməkdaşlığının göstəricisidir. Ancaq təəssüf ki, tərəfdaş saydığı dövlətlər onun terrorçu PKK-ya və onun törəmələrinə qarşı mübarizədə yardımlarını əsirgəyir. Əksinə, tərəfdaş sayılan ölkələr PKK-nın Suriyadakı törəməsi YPG/PYD və onların təmsilçisi “Suriya Demokratik Qüvvələri"nə yardım edir, hətta onlarla əməkdaşlığı vacib saydıqlarını belə gizlətmirlər.

Vaxtı ilə rəsmi Bağdad, Dəməşq, Tehran onlardan Türkiyəyə təzyiq aləti olaraq istifadə edib. Sonralar Suriya və İraqdakı hakimiyyət boşluğundan yararlanan terror qruplaşması Cümhuriyyətə qarşı xarici havadarlarının tapşırıq və göstərişlərini icra ediblər.

Onların hədəfi Türkiyənin ərazi bütövlüyü, təhlükəsizliyi, iqtisadi inkişafı və tərəqqisidir. Bu qruplar Osmanlı dövlətini parçalayanların əlində alətdir.

Bir vaxtlar bu rolu ermənilər və yunanlar oynayırdı. İndi onlara başqaları da qoşulub. Alətlərin və düşmənlərin adları dəyişir. Əvvəllər ASALA idisə, indi o PKK adlanır. Ancaq arxalarında dayananlar dəyişməyb.

Bu qüvvələr yüz ildən artıqdır ki, türk dövlətinə qarşı etnik azlıqlardan alət olaraq istifadə edirlər. Yeri gəlmişkən, elə saxta erməni soyqırımı boşboğazlığı da bu bəhanələrdəndir.

Həmin xarici qüvvələr Türkiyə açıq şəkildə təsir edə bilmədiklərindən azlıqların xəyanətkarlığından yararlanmağa səy göstərirlər.

1978-ci il noyabrın 27-də PKK terror qruplaşmasını qurublar. Həmin tarixdən onlar Türkiyə Silahlı Qüvvələrinə qarşı hücumlar edib.

1984-cü il avqustun 15-də isə bu qruplaşma əsas hədəfinin Cümhuriyyətin bölünməsi olduğunu bəyan edib.

Həmin tarixdən başlayan silahlı qarşıdurma nəticəsində 40 mindən 100 minədək insan ölüb. Bu münaqişə Türkiyənin turizm sahəsinə və iqtisadiyyatına 300-450 milyard dollar ziyan vurub.

1999-cu ildə terrorçular atəşkəs elan etsə də, 2004-cü il iyulun 1-də yenidən cinayətlər törətməyə davam edib. Rəsmi Ankara onların irəli sürdüyü problemin həll üçün sülh prosesinə başlasa da, onlar Türkiyənin şərq hissəsində istehkamlar qurub, xəndəklər qazaraq ölkənin bu ərazisini ayırmağa səy göstərmişdi. Bununla da proses dayanıb.

Rəsmi Ankara antiterror əməliyyatını İraq və Suriya ərazilərində də davam etdirməyə başlayıb. Türkiyə Suriya ilə bufer zonası yaratmaq üçün hərbçilərini bu ölkənin ərazisində yerləşdirib. Çünki İraq və Suriyadakı mərkəzi hakimiyyət ərazilərində fəaliyyət göstərən terror qruplaşmalarını zərərsizləşdirə bilmir. Yaxud onlarla əməkdaşlıq edirdi.

Bəşşar Əsəd
Bəşşar Əsəd

Suriyadakı rejim başçısı Bəşşar Əsədin PKK terror qruplaşması ilə birlikdə Türkiyəyə qarşı fəaliyyət göstərdiyi də təsdiqlənib. Regionda Rusiya və İranın maraqlarını həyata keçirən, yaxud onların yardımı ilə ölkəsinin bir hissəsinə nəzarət edən Bəşşar Əsəd rejiminin süqutundan sonra vəziyyət dəyişməyə başlayıb.

Yaranan şərait Türkiyəyə ərazi bütövlüyü, təhlükəsizliyin təmin etmək üçün də əlavə fürsət yaradır.

Rəsmi Ankara qonşu ölkədə hakimiyyətə gələn yeni qüvvələrlə əməkdaşlıq edir. Suriyanın müvəqqəti başçısı Əhməd əl-Şaraa vahid silahlı qüvvələrin yaranması açıqlamasını verib. Bu isə ölkə ərazisindəki PKK/YPG-PYD-SDQ, İŞİD kimi terror qruplaşmalarının sonunun çatacağı deməkdir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasının Balıkəsirdəki konfransında çıxışı zamanı çox mühüm ismarış verib: “2025-ci ildən etibarən terror başda olmaq üzrə kəskin problemlərdən qurtularaq, cənub sərhədlərimizdən kənarda təhdidləri aradan qaldıraraq ölkəmizi Türk əsrinin (Türkiyəni nəzərdə tutur-red.) hədəflərinə çatdırmaq əzmindəyik”. O, Türkiyəni təhdid edən terror problemini 2025-ci ildə həll, ölkəni cənub sərhədlərinin təhlükəsizliyini təmin edəcəklərini vurğulayıb.

ABŞ, Böyük Britaniya, Avropa İttifaqı və NATO PKK-nı terror təşkilatı elan edib. Onlar da sözlərini üstündə durarsa, qruplaşmanın ömrü daha tez başa çatar. Bu, dünya birliyinin terrora qarşı birgə mübarizəsinə nümunələrdən olar.

Belə olan şəraitdə Türkiyənin qonşuluğuna da əmin-amanlıq yaranar.

Cümhuriyyətin varlığı, inkişafı, güclü iqtisadiyyatı, hərbi qüdrəti qonşuların da firavanlığı, sülh şəraitində yaşamasıdır. Bu, regional və qlobal təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığa təkan verər.

Paylaş

Xəbər lenti

Fulya Öztürk Leyla Əliyeva ilə videosunu onun sözlərinə bəstələnən mahnı ilə paylaşdı Bu gün, 00:48 Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi Bu gün, 00:48 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb Dünən, 23:48 Əliyar Ağayev UEFA Millətlər Liqası matçına təyinat aldı Dünən, 23:48 Bakıda mühüm tunelin tikintisində işlər dayanıb: Ərazidə nə işçi var, nə də texnika Dünən, 23:48 Portuqaliyada on minlərlə insan mənzil qiymətlərinin artmasına etiraz edir Dünən, 23:48 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb Dünən, 23:48 Almaniya qaz qıtlığı riski səbəbindən kömür elektrik stansiyalarının işini bərpa edə bilər Dünən, 23:48 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi Dünən, 22:48 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi Dünən, 22:48 Bakıda təhlükəli vəziyyət: "Burada dəfələrlə qəza olub" Dünən, 22:48 Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü Dünən, 21:48 Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər Dünən, 21:48 İran turizm marşrutlarını Məşhəddən kənara genişləndirmək istəyir Dünən, 21:48 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb Dünən, 21:48 Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb Dünən, 21:48 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı Dünən, 20:48 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb Dünən, 20:48 Bakı və London arasında tarixi razılaşma: Strateji tərəfdaşlıq nələri dəyişəcək? Dünən, 20:48 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi Dünən, 20:48 Zelenskidən Ukraynanın neytral statusu ilə bağlı bəyanat Dünən, 19:48 Azərbaycan FAMEX-ə dəvət edilib Dünən, 19:48 Qara dənizdə yük gəmisinə PUA hücumu olub Dünən, 19:48 "Naxçıvan" voleybol klubu ardıcıl ikinci qələbəsini qazanıb Dünən, 19:48 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər Dünən, 18:48 Görmə itkisinə aparan xəstəliklər hansılardır? Dünən, 18:48 Türkiyədə milyardlıq əməliyyat: Otel və əyləncə mərkəzləri müsadirə edildi Dünən, 18:48 SOCAR Türkiyədə nafta istehsalını 17 %-ə yaxın artırıb Dünən, 18:48 Sarı və narıncı xəbərdarlıq: Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi Dünən, 18:48 Bakı avtobuslarında sərnişin bumu Dünən, 17:48 Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb Dünən, 17:48 Mərdanovlar ailəsi aylardır qorxu içində: "O səs qulağımdan getmir" Dünən, 17:48 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib Dünən, 17:48 Sabiq nazirə ağır itki üz verdi Dünən, 17:48 Büdcə üçün risk: Hesablama Palatası açıqladı Dünən, 17:48 SOCAR-ın Türkiyədəki zavodu sentyabrda aviayanacaq istehsalının həcmini açıqlayıb Dünən, 17:48 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb Dünən, 16:48 Rusiya modern "İsgəndər" raketləri ilə Ukraynanı ikiyə bölməyi hədəfləyir Dünən, 16:48 Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 16:48 STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 %-ə yaxın artırıb Dünən, 16:48 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib Dünən, 16:48 Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var Dünən, 15:48 Məşhur aktyorun bu fotosu ilə bağlı əsl həqiqət üzə çıxdı Dünən, 15:48 "Kəpəz" və "Gəncəbasar" komandaları yoxlama oyununda üz-üzə gəliblər Dünən, 15:48 Təbiətə qarşı laqeydlik: Bakıda bu bağ plastik tullantılarla zibillənib Dünən, 15:48 Kamran Əliyev argentinalı həmkarları ilə əməkdaşlığı müzakirə edib Dünən, 15:48 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş Dünən, 15:48 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR