
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və rusiyalı həmkarı Sergey Lavrov bu gün Antalyada görüşəcək.
Avesta.az xəbər verir ki, görüş Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlunun iştirakı ilə baş tutacaq.
Danışıqlar üçüncü Antalya Diplomatik Forum çərçivəsində keçiriləcək.
Rusiya və Ukrayna nümayəndə heyətləri görüşdən kənar danışıqlar aparmayacaq, ayrı-ayrı hotellərdə qalacaqlar. Danışıqların keçiriləcəyi hoteldə Rusiya nümayəndə heyətinin qalacağı villanın pəncərələri gülləkeçirməzdir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.