
Ukrayna Volodimir Zelenski ilə Vladimir Putin arasında birbaşa danışıqların aparılmasını istəyir.
Avesta unian.net-ə istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba telemarafonun efirində deyib.
“Prezidentimiz heç nədən, o cümlədən Putinlə birbaşa görüşdən qorxmur. Putin də qorxmursa, görüşə gəlsin, oturub danışsın”, - XİN rəhbəri bildirib.
O, həmçinin martın 10-da Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşünün planlaşdırıldığını təsdiqləyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.