
Sosial mediada, yutub kanallarında barələrində ifşaedici məlumatlar yayacağı hədəsi ilə ayrı-ayrı şəxslərdən bloger-jurnalist adı altında pul tələb daha bir nəfər müəyyən edilib.
"AVESTA.AZ"un məlumatına görə, hüquqazidd hərəkətlərə məruz qalan şəxslərin müraciəti əsasında Cəlilabad rayon sakini – “Baş Kanal Media Group” adlı Yutub kanalının təsisçisi Rəşad Şahbazov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Fakta görə cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.