
Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqı ölkələrinin başçılarına müraciət edərək, Ukrayna münaqişəsinin genişlənməsinin qarşısını almaq üçün danışıqlar təşkil etməyə çağırıb.
“AVESTA.AZ” bu barədə Rusiya KİV-nə istinadən xəbər verir.
"Ən başlıcası sülh və eskalasiyanın qarşısının alınmasıdır. Hazırda hadisələr bu istiqamətə yönəlir, lakin bizə atəşkəs və danışıqlar lazımdır", - V.Orban bildirib.
Macarıstanlı nazir, həmçinin qeyd edib ki, ölkəsi Praqa sammiti çərçivəsində Aİ-nin Rusiyaya qarşı səkkizinci sanksiyalar paketinin qəbulu prosesində öz milli maraqlarını müdafiə edib. O, məhdudiyyətlərin Budapeşt üçün vacib olan enerji sektoruna təsir etmədiyini vurğulayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.