1-02-2025, 14:38 482

Gənclər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib, gələcək üçün yeni, sağlam dünya yaratmağa çağırış edilib

Abşeronda 2 Fevral - Gənclər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.

“Report” xəbər verir ki, aksiyada ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, tələbə və gənclər iştirak ediblər.

Aksiya nəticəsində Abşeron rayonunun Müşfiqabad qəsəbəsi ərazisindəki bir hektardan çox ərazidə müxtəlif növ mindən çox ağac əkilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ‘’Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC-nin sədri Cavid Abdullayev “Report”a açıqlamasında bildirib ki, ağacəkmə aksiyasında yerli iqlim şəraitinə uyğun Eldar şamı və Avropa zeytunu cinslərindən ibarət ağaclar əkilib:

 Cavid Abdullayev
Cavid Abdullayev

“Son altı ildə Abşeron və Qaradağ rayonlarının inzibati ərazilərində, Müşfiqabad qəsəbəsi ətrafı sahələrdə 250 hektarda 141 min 640 ədədə yaxın müxtəlif növ ağac və kol bitkiləri - Eldar şamı, sərv, Şərq çinarı, zeytun, nar, tut və s. əkilərək yeni yaşıllıqlar salınıb. Yaşıllıqların salınması üçün istifadə olunmuş tinglər “Azəryaşlandşaft”ın tinglik sahələrində yetişdirilib".

Onun sözlərinə görə, ağacların əkildiyi ərazilər müasir damcılı suvarma sistemi ilə təchiz olunub:

"Yaşıllıqların suvarılmasında su mənbəyi olaraq qəsəbənin tullantı sularından və yağış suları ilə formalaşan Qozlu çayın suyundan istifadə olunur. İdarədə keçirilmiş son inventarlaşmanın nəticəsinə görə ərazidə becərilən ağac və kol bitkilərinin bitməsi 98 faiz təşkil edir”.

"Gənc Könüllülər" İctimai Birliyinin üzvü Rabiya İmaməliyeva isə bildirib ki, ekoloji tarazlığın qorunması hər kəsin məsuliyyətidir:

Rabiya İmaməliyeva
Rabiya İmaməliyeva

“Bizim – gənclərin də burada aktiv rol oynaması böyük önəm daşıyır. Ağacəkmə aksiyasında könüllü iştirak edərək həm təbiətə töhfə verməyi, yeni biliklər, təcrübələr əldə etməyi hədəfləmişik. Dövlətin və könüllü təşkilatlatların gənclərə yönəlik bu cür fəaliyyətlər təşkil etməsi olduqca xeyirlidir. Bu təşəbbüslərdə iştirakla Gənclər Günümüzü faydalı qeyd etdik, həmçinin gələcək üçün yeni, sağlam dünya yaratmağa çalışırıq”.

Paylaş

Xəbər lenti

Vətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər? Bu gün, 15:48 "Popeyes" Azərbaycanda üçüncü ən böyük filialını açdı Bu gün, 15:48 Qazaxıstanda ictimai binalarda qraffiti çəkmək qadağan ediləcək Bu gün, 15:48 Arvadını 11 yaşlı qızının gözü qarşısında küçədə 17 bıçaq zərbəsi ilə öldürənə hökm oxundu Bu gün, 15:48 Həkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb Bu gün, 15:48 Rihannadan ŞOK ETİRAF: "Həyat yoldaşımı sevərək evlənmədim!" Bu gün, 15:48 Gürcüstanda zəhərlənən uşaqların sayı 100-ü ötüb Bu gün, 15:48 Prezidentin xüsusi nümayəndəsi Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib Bu gün, 14:48 İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - SİYAHI Bu gün, 14:48 Prezident futbolçu İsgəndər Cavadovu fəxri diplomla təltif edib Bu gün, 14:48 "Formula-1 Azərbaycan Qran-Prisi" ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir Bu gün, 14:48 Azərbaycanın U-21 millisinin heyəti açıqlanıb, siyahıda Nəriman Axundzadə də yer alıb Bu gün, 14:48 Alim Qasımovla Üzeyir Mehdizadə duet oxudu Bu gün, 14:48 Həkimlər üçün yeni sertifikasiya qaydası: İmtahan verməyənlər nə qədər bal toplamalıdırlar? Bu gün, 14:48 Azərbaycan fındıqdan sərvət qazandı - İnanılmaz rəqəmlər Bu gün, 13:48 "Haber Global": "15-18 min nəfərlik hərbi qrup 24 saatdan az müddətdə təslim olmağa məcbur edildi" Bu gün, 13:48 Səbinə Əliyeva: Erməni əsilli məhbusların hüquqlarının pozulması ilə bağlı xəbərlər qərəzli siyasi məqsəd daşıyır Bu gün, 13:48 Prezidentin köməkçisi Pəncəli Teymurovun ailəsinin toy məclisinə qatıldı - Qol qaldırıb oynadı Bu gün, 13:48 AKTA regionlarda əhalinin kibertəhlükəsizlik üzrə hazırlığını qiymətləndirib Bu gün, 13:48 "Bəy Mamed" hasarladığı həyəti istirahət parkına çevirir Bu gün, 13:48 Sumqayıtda azyaşlının avtobusla vurularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb Bu gün, 12:48 Elxan Şahinoğlu: "İşğaldan azad olunmuş ərazilərdəki bərpa işlərinə hər il milyardlarla manat vəsait ayrılır" Bu gün, 12:48 Əllərin keyiməsi və üşüməsi nəyin əlamətidir? - Bu səhvləri etməyin Bu gün, 12:48 Göyçə gölünün üzərində tornado - ANBAAN VİDEO Bu gün, 12:48 Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilib Bu gün, 12:48 Xankəndi bayrama hazırlaşır Bu gün, 12:48 Şimşək çaxıb, dolu düşəcək - Bazar gününün havası Bu gün, 12:48 Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı Bu gün, 11:48 Vətən yolunda əbədiləşən ömür Bu gün, 11:48 Elşad Namazovdan gözlənilməz ayrılıq: Vəzifəsindən getdi Bu gün, 11:48 Yamal finaldakı qələbə qolunda öz payını açıqlayıb Bu gün, 11:48 Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır Bu gün, 11:48 DİQQƏT! - Bakıda 5 avtobusun yolu dəyişdirildi Bu gün, 11:48 Pakistanın Kohat şəhərində terror: ölənlərin sayı 31-ə çatdı Bu gün, 10:48 Zahid Oruc: "Prezident İlham Əliyevin müharibə liderliyi həmişə öyrəniləcək" Bu gün, 10:48 DİN antiterror əməliyyatında iştirakı ilə bağlı paylaşım edib Bu gün, 10:48 Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir Bu gün, 10:48 Bakıda qadına 12 bıçaq zərbəsi vuruldu - 17 yaşlı oğlu saxlanıldı Bu gün, 10:48 Məşhur türkiyəli atıcı Yusuf Dikeç yeni işə başlayıb Bu gün, 10:48 Müəllimlərin işə qəbulu müsabiqəsindən sonra təxminən 3 minə yaxın vakant yer yaranıb Bu gün, 09:48 Misli Premyer Liqası: "Turan Tovuz" "Zirə"yə, "Sabah" "İmişli"yə qarşı Bu gün, 09:48 Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılığa gəlib Bu gün, 09:48 Qaxda ağır qəza: Yaralılar var Bu gün, 09:48 Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Çexiya və İngiltərə ilə üz-üzə gələcək Bu gün, 09:48 Azərbaycanda daha 90 məktəbdə təmayül tədris modeli tətbiq olunacaq Bu gün, 00:48 "Atanın, ananın, qardaşların hökmü ilə yaşayırdıq" - Keçmiş Bakıdan xatirələr Bu gün, 00:48 Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür Bu gün, 00:48 SEPAH generalı İranın münaqişəni davam etdirməyə tam hazır olduğunu bildirib Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR