14-02-2025, 10:14 391

ASA-nın MŞ-nın sədri:

Sığorta yalnız öhdəlik deyil, həm də maliyyə təhlükəsizliyinin ayrılmaz hissəsidir.

"AVESTA.AZ” xəbər verir ki, bunu “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin Müşahidə Şurasının (MŞ) sədri Ülviyyə Cabbarova Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.

O, qeyd edib ki, insanların və bizneslərin bu sahəyə daha çox maraq göstərməsi üçün yeni həllər və innovativ yanaşmalar üzərində işləmək lazımdır: “Maliyyə sistemi hər bir ölkənin iqtisadi dayanıqlığında mühüm rol oynayır və onun ayrılmaz hissələrindən biri də sığorta sektorudur. Sığorta təkcə fərdlərin və bizneslərin risklərini idarə etmək üçün bir vasitə deyil, həm də ümumi iqtisadi sabitliyi qorumağa xidmət edir”.

Sədrin sözlərinə görə, son illər Azərbaycanın sığorta bazarı dinamik inkişaf edir: “Bu, sevindiricidir, amma qarşıda duran yeni imkanlar və çağırışlar da diqqətdə saxlanılmalıdır. Bu baxımdan Azərbaycan Mərkəzi Bankının ötən il təsdiq etdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” sığorta sektoru üçün olduqca əhəmiyyətlidir. Biz sektor olaraq maliyyə bazarının digər iştirakçıları - banklar, investisiya qurumları və texnologiya şirkətləri ilə daha sıx əməkdaşlıq etdikcə, sektorun potensialı daha da genişlənəcək".

Sığorta sektorunun rəqəmsallaşmasının əhəmiyyətini vurğulayan Ü.Cabbarova bu prosesin yeni imkanlar açdığını vurğulayıb: "Onlayn sığorta xidmətlərinin geniş yayılması, elektron müqavilələrin tətbiqi və avtomatlaşdırılmış həllərin inkişafı müştərilər üçün prosesi daha rahat və əlçatan edib. Ümumilikdə bütün gördüyümüz işlər elə məhz müştəri məmnuniyyətini artırılmasına və vətəndaşlara əlverişli imkanlar yaratmağa xidmət edir. Bunlar arasında təkmilləşdirilmiş mobil tətbiqlərin və yenilənmiş vebsaytların təqdim olunmasını, süni intellektin istifadəsi ilə xidmətlərin əlçatanlığının artırılmasını qeyd etmək olar".

Paylaş

Xəbər lenti

Qəzzada ölənlərin sayı 73 minə yaxınlaşıb Bu gün, 19:48 Saxta satıcılar vətəndaşı aldatdılar: Polis hərəkətə keçdi Bu gün, 19:48 Naibə Allahverdiyeva: İnsan yaşa dolduqca anlayır ki... Bu gün, 19:48 Azərbaycana gətirilən avtomobillərin sayı azalıb - Qiymətlər ucuzlaşacaq? Bu gün, 19:48 Netanyahu Bofor qalasının ələ keçirilməsini "güclü dönüş" adlandırıb Bu gün, 18:48 "Zirə" 5 futbolçu ilə yollarını ayırıb Bu gün, 18:48 Fransada baş verən iğtişaşlarda 780 nəfər saxlanılıb Bu gün, 18:48 Bazar ərazisində iri tikinti: Gediş-gəliş çətinləşib Bu gün, 18:48 Banklara etibar güclənir, yoxsa başqa səbəb var? Bu gün, 18:48 Fatimə Fətəliyeva: "Anam neçə vaxtdır reanimasiyadadır" Bu gün, 17:48 Bərdədə yol qəzasında yaralanan 10 nəfərdən 9-u evə buraxılıb Bu gün, 17:48 Bazarda mövsümi meyvələr hansı qiymətə təklif olunur? Bu gün, 17:48 Ata uşaqlarının təhlükədə olduğunu iddia edir: "Göndərdiyim pulları narkotik vasitələrə xərcləyir" Bu gün, 16:48 "Aysberqin görünən tərəfi" - "İdeal həyat" paylaşımları yeniyetmələri tələyə salır Bu gün, 15:48 Bakı Enerji Həftəsi çərçivəsində ilk dəfə ABŞ-Azərbaycan İqtisadi Dialoqu keçiriləcək Bu gün, 15:48 Leyla Əliyevadan fermer qadına incə davranış Bu gün, 15:48 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət edib Bu gün, 15:48 Xırdalanda yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR Bu gün, 14:48 Azərbaycanın tanınmış aktyoru VƏFAT ETDİ Bu gün, 14:48 Uşaqlar və valideynlərə SEVİNDİRİCİ XƏBƏR: Sabah pulsuz olacaq... Bu gün, 14:48 Saleh Bağırovdan Mətanət İsgəndərlinin keçmiş gəlininə sərt sözlər Bu gün, 14:48 Azərbaycanda AĞIR QƏZA: 10 nəfər yaralandı Bu gün, 14:48 İyun ayının ilk gününə olan hava proqnozu açıqlanıb Bu gün, 13:48 Bakıda bu marşrutun bütün avtobusları yenilənir - İyunun 1-dən... Bu gün, 13:48 "Vurun" əmri verən və ölüm cinayəti hələ də açılmayan ukraynalı nazirlə görüş Bu gün, 13:48 Yol Polisindən səfərdən dönən sürücülərə MÜRACİƏT Bu gün, 13:48 Nərgiz Cəlilova: "Televiziya tarixində ən xoşbəxt nəsil bizik" Bu gün, 12:48 ƏƏSMN: Azərbaycanda 78 uşaq himayədar ailələrə verilib Bu gün, 12:48 İstirahətə getmək niyə xəyal olaraq qalır? - Əl yandıran qiymətlərin səbəbləri Bu gün, 12:48 Cüdo millimiz Avropa Kubokunun ilk günündə qızıl medal qazanıb Bu gün, 12:48 Baş Şirvan kollektorunda timsah peyda olub? Bu gün, 11:48 "Sabah"ın qapıçısı Rəvan Mirzəmmədov U-21-in düşərgəsindən ayrılıb Bu gün, 11:48 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb Bu gün, 11:48 Bir kliklə başlayan kabus: Uşaqlar internetdə necə hədəfə çevrilirlər? Bu gün, 11:48 Talıb Tale: "Taleyim belə gətirdi, peşman deyiləm" Bu gün, 10:48 "BMW" idarəetmədən çıxıb aşdı - Yaralılar var Bu gün, 10:48 Türkiyədə sərnişin avtobusunda faciə: 8 nəfər həyatını itirib Bu gün, 10:48 "Sabah" futbolçusu Cesse Sekidika ilə yollarını ayırıb Bu gün, 10:48 Külək bir sıra bölgələrdə fəsadlar törədib: "Eyvanda çay içirdim, birdən güclü səs gəldi" Bu gün, 10:48 AZAL Gəncə - Sankt-Peterburq uçuşlarını bərpa edib Bu gün, 09:48 Cavid Kurbanov: "Dindarlar axirətə inansaydılar, yaxınlarının ölümünə sevinərdilər" Bu gün, 09:48 Azərbaycan və digər yğmaların pley-off rəqibləri dəqiqləşib Bu gün, 09:48 PSJ-nin qələbəsindən sonra iğtişaşlarda 416 nəfər saxlanılıb Bu gün, 09:48 "Turan Tovuz" avrokuboklara buraxılmaya bilər Bu gün, 09:48 PSJ ardıcıl ikinci dəfə UEFA Çempionlar Liqasının qalibi olub Bu gün, 00:48 Xankəndidə keçirilən çay və qəhvə festivalı atəşfəşanlıqla başa çatıb Bu gün, 00:48 Bakıda obyekt səkini zəbt etdi - Qurumdan maraqlı açıqlama: "Uzun illər öncə tikilib" Dünən, 23:48 Pentaqon rəhbəri ABŞ qoşunlarının Yaxın Şərqdəki bazalardan çıxarılmasını istisna etməyib Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR