
Maliyyə sektorunun sürətlə rəqəmsallaşması Azərbaycan Mərkəzi Bankının (AMB) qarşısında kibertəhlükəsizlik baxımından yeni çağırışlar yaradır.
“Report” xəbər verir ki, bunu AMB-nin baş direktoru Fərid Osmanov Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2023” tədbiri çərçivəsində təşkil olunmuş konfransda bildirib.
"Ənənəvi olaraq ən sürətli rəqəmsallaşan sektor məhz maliyyə sektorudur. Biz tənzimləyici kimi öz fəaliyyətimizdə əsasən bank sektoruna fokuslanırdıq. Lakin artıq AMB meqarequlyuator olaraq həm də sığorta sektorunda kibertəhlükəsizlik tələblərini müəyyən edir. Bu da bizim qarşımızda yeni çağırışlar yaradır”, - deyə o qeyd edib.
F.Osmanov həmçinin bildirib ki, artıq insanların ödənişlə bağlı davranışları, həyat tərzi daha çox rəqəmsal maliyyə xidmətləri tələb edir: “Artıq filial bankçılığından məsafəli bankçılığa meyllənmə prosesi gedir. Bu isə öz növbəsində kiberrisklər gətirir. Bu çağırışlara cavab olaraq AMB maliyyə bazarları üzrə kibertəhlükəsizlik strategiyası müəyyən edib".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.