
Göygöl rayonunda "VAZ-2106" markalı avtomobillə "Ford" markalı mikroavtobus toqquşub, xəsarət alanlar var.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, hadisə Göygöl şəhər ərazisində qeydə alınıb.
Avtomobil qəzası zamanı "VAZ-2106" markalı avtomobildə olan, 1998-ci il təvəllüdlü E.Əhmədov və onun həmyaşıdı E.Məmmədov xəsarət alıb.
Hər ikisi xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, mikroavtobusda sərnişin olmayıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.