
Göygöl rayonunda yol qəzası baş verib.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2107" markalı minik avtomobili ilə kiçik tutumlu yük avtomobili toqquşub, xəsarət alanlar olduğu bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.