
"Payız ağac əkini ilə əlaqədar oktyabrın 17-də ölkə üzrə genişmiqyaslı yaşıllaşdırma işlərinə start veriləcək".
"AVESTA.AZ" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev “Ekspert saatı”nda deyib.
Onun sözlərinə görə, Bakı və Abşeronda, eləcə də ölkəninmeşə fondu torpaqlarında hər bölgənin iqlim şəraitinə uyğun müxtəlifcinsli ağaclar əkiləcək.
“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədr müavini Söhrab Abbasov isə deyib ki, bu ilin payız əkin mövsümündə Bakı və Abşeron yarımadasında Müşfiqabad qəsəbəsinin 65 ha ərazisində 40 mindən çox, Xocasən qəsəbəsinin 56 hektarında isə 35 min müxtəlifcinsli ağac əkiləcək.
Meşələrin İnkişafı Xidmətinin şöbə müdiri Vahid Fərzəliyev də bildirib ki, hazırda tinglik sahələrdə nadir bitkilərin artırılması istiqamətində işlər aparılır: "Nadir bitkilərdən sayılan saqqız ağacının artırılmasına Bərdə Regional Tinglik Mərkəzindən start verilib. Yaxın zamanda Tovuz, Ağcabədi Regional Tinglik sahələrində də saqqız ağacı toxumunun səpilərək artırılmasına başlanılacaq".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.