
ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır.
“AVESTA.AZ” bu barədə “Reuters”ə istinadən xəbər verir.
Ukraynaya növbəti 725 milyon dollarlıq yardım paketinə döyüş sursatları və "Humvee" zirehli maşınları daxil olacaq.
Paketdə kütləvi raket zərbələrini dəf etmək üçün vasitələr olmasa da, o, Ukraynanın əks-hücum qabiliyyətini artırmaq üçün nəzərdə tutulub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.