
Ötən gün vəfat edən Xalq artisti Ənvər Həsənovun dəfn yeri açıqlanıb.
BAKU.WS xəbər verir ki, mərhumun vida mərasimi 14:00 da Şüvəlanda yaşadığı evdə keçiriləcək. Bu barədə onun yaxınları məlumat verib.
Xalq artisti Buzovna qəbiristanlığında həyat yoldaşı Mömünat xanımın məzarının yanında dəfn ediləcək.
Qeyd edək ki, Ənvər Həsənov bu il yanvarın 10-da anidən pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə yerləşdirilib. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.