
Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
“AVESTA.AZ”un Muğan bürosunun məlumatına görə, qəza Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili yol kənarında dayanmış vəziyyətdə olan minik avtomobilinə çırpılıb.
Qəza nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilir. Hazırda yaralılardan birinin vəziyyəti ağır olduğu üçün cərahhi əməliyyat aparılır.
Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.