4-04-2025, 12:48 271

Azərbaycanda üç elmi istehsalat birliyi ləğv edilir, bəzi institutların statusu dəyişir

Prezident İlham Əliyev Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

AVESTA.AZ bununla bağlı President.az-a istinadən xəbər verib.

Sərəncama əsasən, Nazirlər Kabineti 2025-ci ilin sonunadək mərhələli şəkildə aşağıdakı tədbirlərin görülməsini təmin etməli və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir:

1. Elm və Təhsil Nazirliyinin tabeliyində aşağıdakı publik hüquqi şəxslərin yaradılmasını:

- Geologiya və Geofizika İnstitutunun və Neft və Qaz İnstitutunun əsasında Geologiya İnstitutunun;

- Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əsasında Coğrafiya İnstitutunun;

- Fizika İnstitutunun və Radiasiya Problemləri İnstitutunun əsasında Fizika İnstitutunun;

- Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun əsasında Kimya İnstitutunun;

- İdarəetmə Sistemləri İnstitutunun və Riyaziyyat və Mexanika İnstitutunun əsasında Riyaziyyat İnstitutunun;

- Botanika İnstitutunun və Dendrologiya İnstitutunun əsasında Botanika İnstitutunun;

- Zoologiya İnstitutunun və Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əsasında Canlı Sistemlərin Tədqiqi İnstitutunun;

- Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, Mikrobiologiya İnstitutunun və Biofizika İnstitutunun əsasında Molekulyar Biologiya İnstitutunun;

- müasir infrastruktura və beynəlxalq standartlara uyğun elmi tədqiqat və təcrübi istehsalat bazasına malik 2 yeni elmi müəssisənin.

2. Nazirliyin tabeliyindəki Polimer Materialları İnstitutunun Sumqayıt Dövlət Universitetinin tabeliyinə verilməsini.

3. Nazirliyin tabeliyindəki Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun (Gəncə), Bioresurslar İnstitutunun (Gəncə), Aqrar Problemlər İnstitutunun (Gəncə), Nəbatat Bağının (Gəncə) Gəncə Dövlət Universitetinin tabeliyinə verilməsini.

4. Nazirliyin tabeliyindəki Təbii Ehtiyatlar İnstitutunun (Naxçıvan), Bioresurslar İnstitutunun (Naxçıvan), Batabat Astrofizika Rəsədxanasının (Naxçıvan) Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilməsini.

5. Nazirliyin tabeliyindəki "Nafta" Elmi İstehsalat Birliyinin, "Aşqar" Elmi İstehsalat Birliyinin və "Kompozit" Elmi İstehsalat Birliyinin ləğv edilməsini.

Paylaş

Xəbər lenti

Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar Bu gün, 14:48 Bakıda pulsuz ictimai çimərliklər yay mövsümünə hazırdır Bu gün, 14:48 İcra başçısı yeni sektor müdiri təyin etdi Bu gün, 14:48 Keçid ballarının müxtəlif olması məsələsi ilə bağlı RƏSMİ AÇIQLAMA Bu gün, 14:48 Bakıda "Yaşıl Enerji Dəhlizi" layihəsi üzrə nazirlərin iclası keçiriləcək Bu gün, 14:48 Azercell "Baku Flames"in texnologiya və innovasiya tərəfdaşıdır Bu gün, 14:48 Bəzi dövlət qulluqçularına verilən hədiyyələrlə bağlı YENİ TƏLƏB müəyyənləşdi Bu gün, 14:48 Füzulidə I Qarabağ müharibəsinin itkin-şəhidi Rafiq Cəfərov dəfn edilib Bu gün, 14:48 Türk dövlətləri liderləri Türküstan şəhərində bir araya gəliblər Bu gün, 14:48 Əfqanıstan nümayəndə heyəti WUF13-də iştirak etmək üçün Bakıya yola düşüb Bu gün, 14:48 Bakıda tanınmış professor KLİNİKİ ÖLÜM keçirdi - FOTO Bu gün, 14:48 HONOR 600 Seriyasının Azərbaycanda möhtəşəm təqdimatı keçirildi Bu gün, 14:48 Prezident İlham Əliyev və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türküstanda bir sıra mədəni məkanlarla tanış olublar Bu gün, 14:48 Prezident İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edir Bu gün, 14:48 Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub Bu gün, 14:48 Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən başlayan mövsümə tam hazırdır Bu gün, 13:48 Füzulidə I Qarabağ müharibəsinin itkin-şəhidi Rafiq Cəfərovla vida mərasimi keçirilib Bu gün, 13:48 FIFA-dan "Qarabağ" azarkeşlərini SEVİNDİRƏCƏK XƏBƏR Bu gün, 13:48 Bu ölkədə eyvanda paltar asmaq qadağan edildi – Cərimələr 1500 avroya çatır Bu gün, 13:48 Sabiq deputatın şirkəti Tuğ kəndinin xarici su təchizatının təşkilinə görə 3.6 milyon QAZANACAQ Bu gün, 13:48 Cennifer Lopez yeni sevgilisi ilə ilk dəfə kameralar qarşısında Bu gün, 13:48 ABŞ: İranın hərbi gücü zəiflədilib, amma Hörmüz boğazına nəzarət qalır Bu gün, 13:48 Binəqədinin bəzi ərazilərində fasiləsiz su rejimi tətbiq olunub Bu gün, 13:48 Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb, açarlar təqdim edilib Bu gün, 13:48 Azərbaycanda üç yaşınadək uşağa qulluğa görə müavinət artırıla bilər Bu gün, 12:48 Azərbaycan qeyri-neft-qaz ixracını 13 % artırıb Bu gün, 12:48 Si Cinpinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək Bu gün, 12:48 FHN Lənkəranda yanğın-taktiki təlim keçirib Bu gün, 12:48 Bakıda inşa ediləcək metro stansiyaları ilə bağlı YENİLİK Bu gün, 12:48 İtkin şəhidimizlə vida mərasimi keçirildi Bu gün, 12:48 SOCAR və TPAO birgə həyata keçirdikləri layihələrin icra vəziyyətini müzakirə edib Bu gün, 12:48 Prezident İlham Əliyev Qazaxıstanda işgüzar səfərdədir Bu gün, 12:48 WUF13 zamanı bu şəxslər üçün nəqliyyat PULSUZ OLACAQ Bu gün, 12:48 271 nömrəli məktəbdə "qoçu" peyda olub? - "Hər gün kimisə döyür" Bu gün, 11:48 Mayın 24-də qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin nəzərinə Bu gün, 11:48 ADY-də üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlandı Bu gün, 11:48 TƏBİB: WUF13-la bağlı 75 briqada və 35 təcili tibbi yardım avtomobili ayrılıb Bu gün, 11:48 Tramp: Çinlə münasibətlərimiz əvvəlkindən daha güclü olacaq Bu gün, 11:48 AZAL bu gündən Dubay istiqamətində uçuşları bərpa edir Bu gün, 11:48 Kəlbəcərdə 855 ailənin köçürüləcəyi kənddən GÖRÜNTÜLƏR Bu gün, 11:48 Səhiyyə Nazirliyi WUF13-lə bağlı görülən işləri açıqlayıb Bu gün, 11:48 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək Bu gün, 11:48 Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb Bu gün, 10:48 500 nəfər aylıq 1000 manat PUL MÜKAFATI ALACAQ Bu gün, 10:48 "Yeraltı"ının final tarixi açıqlandı - Gözlənilməz ayrılıq yaşanacaq Bu gün, 10:48 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib Bu gün, 10:48 WUF13 günlərində metro yeni qrafikdə işləyəcək Bu gün, 10:48 Bu gün Beynəlxalq Ailə Günüdür Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR