
"Coca-Cola" şirkəti Rusiyada yeni "Creations" ticarət nişanını qeydiyyatdan keçirib.
BAKU.WS xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.
Məlumata görə, bu ad altında müxtəlif dadlarda qazlı içkilərin istehsalı nəzərdə tutulur. Hətta içkilər arasında "piksel dadlı" və "kosmik dadlı" variantların da olması gözlənilir.
Qeyd olunur ki, "Coca-Cola" şirkəti Ukraynada müharibənin başlamasından sonra Rusiya bazarını tərk etmiş və yerli "Multon" şirkətinə hüquqlarını ötürmüşdü. Hazırda şirkət hüquqi olaraq Rusiyaya qayıtmaq qərarı verib.
"Multon" şirkəti isə bu məsələ ilə bağlı hər hansı şərh verməkdən imtina edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.