26-04-2025, 22:48 435

Ermənistan-Azərbaycan münaqişəsinə münasibəti ilə seçildi, kilsədə inqilabi islahatlar apardı

Mərhum Roma Papası Fransisk hakimiyyəti dövründə fəal şəkildə xeyriyyəçiliklə məşğul olmuşdu. Onun səyləri ilə Romada evsizlərin paltar, tibbi yardım və qida ala biləcəyi xeyriyyə mərkəzləri yaradılmışdı.

Katolik dünyasının ruhani lideri, Roma Papası Fransiskin ölümü yalnız katolik kilsəsi deyil, bütün dünya üçün ciddi itki kimi qarşılanıb. O, Ukrayna müharibəsindən tutmuş, Ermənistan-Azərbaycan münaqişəsinə kimi bütün qlobal məsələlərə münasibəti ilə seçilib. Ən əsası, katolik kilsəsində inqilabi islahatlar aparması ilə yadda qalıb.

AVESTA.AZ "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"Mənə qızıl qəfəs lazım deyil"

Fransisk tabutun təntənəli möhürlənmə mərasimindən və onun pontifikliyi dövründə zərb edilmiş sikkələrin, əməllərinin qısa təsvirinin tabuta qoyulması ənənəsindən də imtina edib, sink üzlüklü sadə taxta tabut seçib. Başdaşında isə bir söz həkk olunacaq - Fransisk. 12 illik fəaliyyəti dövründəki islahatları, çağırışları onu maraqlı bir şəxsiyyət kimi yadda saxlamağa imkan verir. Vatikanda olduğu müddətdə pontifik sadə həyat tərzi sürmüşdü: sadə gümüş xaç taxmış, Prada qırmızı ayaqqabıları əvəzinə qara ayaqqabılar geymiş, papa taxtını adi stulla əvəz etmişdi. "Mənə qızıl qəfəs lazım deyil", - deyə o, dəbdəbəli papa otaqlarından daha sadə "Casa Santa Marta" iqamətgahına köçərkən söyləmişdi.

Hakimiyyəti dövründə Fransisk fəal şəkildə xeyriyyəçiliklə məşğul olmuşdu. Onun səyləri ilə Romada evsizlərin paltar, tibbi yardım və qida ala biləcəyi xeyriyyə mərkəzləri yaradılmışdı.

Fransisk Vatikanın yaxınlığında qaçqınlar üçün sığınacaq açmış və şəxsən onun işini yoxlamış, 2016-cı ildə isə Belçikadakı terror aktlarından sonra İtaliyada miqrantlar mərkəzində induslar və müsəlmanlar da daxil olmaqla qaçqınların ayaqlarını yuması ilə gündəmə gəlmişdi. Kilsə başçısı vurğulamışdı ki, məbədin qapıları hamı üçün, hətta ən bədbəxt və rədd edilənlər üçün də açıqdır. 2023-cü ildə isə transgenderlərlə naharda iştirak edərək "onlar da Allahın övladlarıdır" demişdi.

Futbola dəlicəsinə aşiq olsa da...

Yeri gəlmişkən, Roma Papası futbola dəlicəsinə aşiq olsa da, 30 ildən artıqdır ki, ona baxmırdı. O, Maradona, Messi və Ronaldo heyranı idi, amma Peleyə üstünlük verib. Böyük futbol azarkeşi Argentinanın "San Lorenzo" klubunu dəstəkləyirdi. 2014-cü ildə komanda tarixdə ilk dəfə Libertadores kubokunu qazananda qələbəni onlarla birlikdə qeyd etmişdi. 2023-cü ildə Papadan həmyerliləri Maradona və Messi arasında seçim etmək istənmişdi. Lakin o, gözlənilmədən öz variantını səsləndirmişdi - Pele.

Yeni Papa kim ola bilər?

Fransisk LGBT, miqrantlara dəstək, kilsədə qadınların hüquqlarının genişləndirilməsini müdafiə edirdi. Buna görə mühafizəkarlar tərəfindən tənqid olunurdu. O, Vatikanın maliyyə və inzibati sistemində islahatlar apardı, dinlərarası dialoqa başladı - ilk dəfə pravoslav patriarxı ilə görüşdü və müsəlman Əbu-Dabidə mitinq keçirdi.

"Newsweek" jurnalının qeyd etdiyi kimi, pontifikin həyata keçirdiyi islahatlar gələcək səsvermədə əhəmiyyətli dəyişikliklər edəcək və gözlənilməz nəticələrə gətirib çıxara bilər. Fransiskin vəfatından əvvəl belə, ekspertlər Roma taxtında onun mümkün varislərini müzakirə etməyə başlamışdılar. "The Independent" nəşrinin fikrincə, bu, mərhum Papanın rəğbət bəslədiyi 69 yaşlı kardinal Matteo Dzuppi ola bilər. 2022-ci ilin mayından o, İtaliya Yepiskoplar Konfransının rəhbəri vəzifəsini tutur. Dzuppi diplomatik fəaliyyəti ilə tanınır: o, ABŞ-nin keçmiş prezidenti Co Bayden və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Papa Fransisk onun "Ukrayna münaqişəsindəki gərginliyin azaldılmasına töhfəsini" qeyd edib. Digər namizəd Müqəddəs Taxtın 70 yaşlı dövlət katibi Pietro Parolindir. O, Papa Fransisklə 11 il işləyib və mülayim siyasi baxışları ilə tanınır. Bundan əvvəl Parolin həyatının bir hissəsini Müqəddəs Taxtın Nigeriya və Meksikadakı diplomatik missiyasında xidmət edib.

Daha bir ciddi namizəd 67 yaşlı kardinal Luis Antonio Tagle hesab edilir. O, Roma-katolik kilsəsi tarixində Filippin mənşəli yeddinci kardinaldır. Onu liberal baxışlarına görə "Asiya Papası Fransisk" adlandırırlar və katolik kilsəsinin mütərəqqi qanadının nümayəndələrinə aid edirlər.

ABŞ seçkilərə müdaxilə edəcək?

İstisna deyil ki, seçki prosesinə bu və ya digər şəkildə hazırkı Vaşinqton administrasiyasına yaxın olan nüfuzlu katoliklər müdaxilə edəcəklər. Papa Fransiskin görüşdüyü son görkəmli siyasətçi, özü də yaxınlarda katolik kilsəsinə qoşulmuş ABŞ vitse-prezidenti Vens olub. Lakin liberal baxışları ilə tanınan mərhum Papa ilə Donald Trampın tərəfdarları olan xristian fundamentalistləri arasında bir sıra mühüm məsələlər üzrə tezliklə fikir ayrılıqları ortaya çıxmışdı. İndi Fransiskin ölümündən sonra, katolik kilsəsindəki bir çox nüfuzlu şəxslər ABŞ-nin sağ-mühafizəkar katoliklərinin öz məhdudiyyətsiz maliyyə resurslarından istifadə edərək yeni Papa seçkilərinin nəticəsinə təsir göstərəcəklərindən və öz həmfikirlərini hakimiyyətə gətirəcəklərindən ehtiyat edirlər.

Dünya mediası yeni papanın seçkiləri haqqında

Papa Fransiskin ölümü kütləvi informasiya vasitələrində müzakirə olunan ən əsas hadisələrdən biri olaraq qalır. "Tagesschau" yazır ki, kardinallar Fransisklə keçən çox narahat illərdən sonra kilsədəki dəyişiklikləri yavaşlatmaq istəyəcəklər. "The Independent"ə görə, "katolik kilsəsi keçmişdə İngiltərə kilsəsinin etdiyi kimi bir şeyi etmək cazibəsindən qaçmalıdır: modernçini ənənəçi ilə əvəz edərək və ya əksinə, rəqqas siyasəti oynamaq".

MSNBC isə qeyd edir ki, Fransiskin vəfatı islahatçılar və ənənəçilər arasındakı daxili mübarizəni ön plana çıxaracaq. "Le Figaro" isə bu qənaətdədir ki, Roma Papasını əvəz etmək asan iş deyil. Sual ondan ibarətdir ki, onlar düzəliş istəyəcəklər, yoxsa Fransisk tərəfindən müəyyən edilmiş yeni istiqamətlərin təsdiqlənməsini?

Beləliklə, vaxtilə "istəyirəm ki, məni yaxşı oğlan kimi xatırlasınlar, desinlər ki, "o, yaxşı işlər görməyə çalışan yaxşı oğlan idi" deyən Fransisk haqqa qovuşdu. O, sevənlərin yaddaşında böyük şəxsi təvazökarlığı olan bir insan kimi qalacaq.

Paylaş

Xəbər lenti

Qaraçuxur poliklinikasında rentgen cihazı işləmir Bu gün, 11:48 Bu rayonda fərdi yaşayış evləri TƏMİR OLUNACAQ - Nazirlik 1 milyon ayırdı Bu gün, 11:48 Faktiki hava: Naxçıvanda dörd dərəcə şaxta olub Bu gün, 11:48 Məktəbin həyətindəki 100 illik bina yandı - Bir vaxtlar bəy evi olubmuş Bu gün, 11:48 Dünya bazarında neftin qiyməti aşağı düşüb Bu gün, 10:48 FIFA sülh mükafatını ləğv edə bilər Bu gün, 10:48 Feyza Civelek yeni serialda rol alacaq Bu gün, 10:48 "Beach Boys" qrupunun qurucularından Mayk Lav 85 yaşında vəfat edib Bu gün, 10:48 Bakı-Sumqayıt yolunda daha bir YENİLİK Bu gün, 09:48 İlon Mask USAID-i çoxsaylı insanın ölümündə ittiham edib Bu gün, 09:48 Gəncədə köşkdən kişi meyiti tapıldı Bu gün, 09:48 Paşinyan parlament müxalifətini Azərbaycanla sülhə gedən yolda son maneə adlandırıb Bu gün, 00:48 Süni intellekt alimlərin onilliklərdir həll edə bilmədiyi riyazi məsələləri çözür Bu gün, 00:48 İtaliya şirkətlərinin Azərbaycan planları: Bakı metrosundan Qarabağadək uzanan layihələr Dünən, 23:48 Zelenski mediaya məhdudiyyət qoydu Dünən, 23:48 Netanyahu baş nazir postunu Ayzenkota verməyə hazırdır Dünən, 23:48 Stiv Uitkoff ABŞ Senatında Ukrayna ilə bağlı məxfi brifinq keçirəcək Dünən, 23:48 Bakıda bəzi ərazilərdə söküntüyə hazırlıq gedir: Kompensasiya məsələsinə aydınlıq gətirildi Dünən, 23:48 Ukrayna Rusiyanın üç mühüm neft obyektini vurub Dünən, 22:48 Bakıda stilist doğuşdan sonra vəfat etdi Dünən, 22:48 Siyəzəndə su kanalında batan 13 yaşlı uşağın meyiti tapılıb Dünən, 22:48 Tiranada hökumət əleyhinə aksiyada 19 nəfər xəsarət alıb Dünən, 22:48 Sıfır vergi, güzəştli kredit və ucuz kommunal xidmətlər: Kəndə köçmək sərfəli olacaq? Dünən, 21:48 Bakıda yol çökdü: 10 metr dərinlikdə su kollektoru üzə çıxdı Dünən, 21:48 Tramp Vaşinqtonda qolf meydançasının fırtına nəticəsində dağıldığını bildirib Dünən, 21:48 Zelenskidən Krım körpüsünün tamamilə dağıdılması barədə göstəriş Dünən, 21:48 Parisin hava limanlarının əməkdaşları tətil keçirəcəklər Dünən, 20:48 Bakıda qəzalı bina təhlükə saçır: "Uşaqları bayıra çıxara bilmirik" Dünən, 20:48 Nenad Laloviç Azərbaycan Güləş Federasiyasının fəaliyyəti ilə tanış olub Dünən, 20:48 İranın "Buşehr" AES-in birinci enerji bloku yenidən şəbəkəyə qoşulub Dünən, 20:48 Vəkil: Ali Məhkəmə körpənin ölümü ilə bağlı əvvəlki məhkəmədə pozuntular aşkar etdiyi üçün yeni qərar qəbul edib Dünən, 19:48 Almaniya Ukrayna ilə hərbi-texniki əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirəcək Dünən, 19:48 İranda SEPAH-la əlaqəli olduğu bildirilən din xadimi güllələnərək öldürüldü Dünən, 19:48 Azərbaycan və Pakistan ali məhkəmələri əməkdaşlıq memorandumu imzalayacaqlar Dünən, 18:49 Müəllim işləmək üçün magistr təhsili məcburi olacaq? Dünən, 18:48 Mədəniyyət naziri Adil Kərimli TÜRKSOY Daimi Şurasının 43-cü iclasında iştirak edib Dünən, 18:48 Bərdədə 18 yaşlı Pərvanənin müəmmalı ölümü: Anası bəzi məqamları açıqladı Dünən, 18:48 Belarusun ən titullu klubu aşağı liqaya düşdü Dünən, 18:48 Federasiya rəsmisi: Azərbaycanda minifutbol inkişaf edir Dünən, 17:48 50 illik həyat yoldaşını itirən müğənni: "Onunla halallaşa bilmədik" Dünən, 17:48 Yaşadığı evdən oğurluq edən şəxs saxlanıldı Dünən, 17:48 Azərbaycanda yaşlı insanların nikaha marağı niyə artıb? Dünən, 17:48 ABŞ-dən olan basketbolçu Hassano Qravett "Sabah" klubuna qayıdıb Dünən, 17:48 Dövlət qurumları arasında V minifutbol turnirinin açılış mərasimi keçirilib Dünən, 16:48 Xəzər Boru Kəməri Konsorsiumunun 2026-cı ilin yekununda neft nəqlinin həcminin azalacağı proqnozlaşdırılır Dünən, 16:48 Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir Dünən, 16:48 İsa Həbibbəyli: Dövlət qurumları arasında minifutbol turniri idmanın kütləviləşməsinə xidmət göstərir Dünən, 16:48 Minlərlə vətəndaş çıxarışsız mülkünü sənədləşdirə biləcək - Qayda dəyişir Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR