20-03-2022, 09:06 1134

Bu gün Novruz bayramıdır

Bu gün Azərbaycan xalqı ən sevimli bayramlarından biri olan Novruz bayramını qeyd edir.

Sportfm.az xəbər verir ki, bu, Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan xalqının qeyd etdiyi ikinci Novruz bayramıdır.

Xalqımızın qədim adət-ənənələrindən olan bu bayram artıq ikinci dəfədir Azərbaycanın işğaldan azad olunan ərazilərində də qeyd olunur. Ona görə də Azərbaycan xalqı ötən il olduğu kimi, bu il də Novruz bayramını qürur hissi ilə qarşılayır.

Bu il Azərbaycana yaz fəslinin gəlişi martın 20-də saat 19:33:23-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsəcək və Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində astronomik yaz fəsli, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün, 17 saat, 40 dəqiqə olacaq.

Təbiətin əbədi qanunları və kainatın dəyişməz nizamı ilə əlaqədar olan Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyini xəbər verən ilk bahar günüdür. Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir.

Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Qədim zamanlarda bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Bəzi qədim inanclara görə, kainat dörd ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Məhz bu səbəbdən də hər il Novruz bayramından əvvəl 4 çərşənbə qeyd olunur.

Bu bayramın özünəməxsus adət-ənənələri də var: qurşaq atmaq və ya şallaq sallamaq, qulaq falına çıxmaq, tonqalın üzərindən tullanmaq, səməni yetişdirmək, səməni xonçaları bəzəmək, yumurta döyüşdürmək, qonaq getmək, şam yandırmaq, yallı getmək, Novruz oyunları oynamaq (məsələn, ənzəli) və s.

Novruz bayramına dair inanclar: "Qapıya atılan qurşağı boş qaytarmazlar, "Gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu, arzunun yerinə yetəcəyinə işarədir", "Tonqaldan tullanarkən bu ifadə deyilir: "Ağrım səndə, uğurun məndə", "Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar", "Bayram günü ailənin sayı qədər şam yandırarlar" və s.

 

whatsapp sharing button 
facebook sharing button 
Paylaş

Xəbər lenti

"Bu dairədən getməlisən": Xoşqədəm Hidayətqızı Ramiz Mehdiyevlə bağlı illər sonra danışdı Bu gün, 21:48 Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR Bu gün, 21:48 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib Bu gün, 21:48 "Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib Bu gün, 21:48 Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib Bu gün, 21:48 Leyla Əliyeva UNESCO-nun baş direktorunun müavini ilə görüşüb Bu gün, 20:48 Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb Bu gün, 20:48 Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir Bu gün, 20:48 Qan təzyiqini tənzimləməyə kömək edən 7 meyvə açıqlanıb Bu gün, 20:48 Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel müzakirəsi keçirilib Bu gün, 20:48 Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib Bu gün, 20:48 Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA Bu gün, 19:48 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib Bu gün, 19:48 Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib Bu gün, 19:48 Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər Bu gün, 19:48 ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib Bu gün, 19:48 Bakıda bu ərazilərdə yeni parklar salınacaq - Süni göllər, tennis kortları... Bu gün, 19:48 Bakıda ICESCO-nun "Sülh kitabı"nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub Bu gün, 19:48 38 saylı poliklinikada rentgen kağızı elektrik "plitəsi" ilə quruduldu Bu gün, 18:48 Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib Bu gün, 18:48 İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb Bu gün, 18:48 Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib Bu gün, 18:48 Gəncədə sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - 4,9 milyon manat ayrıldı Bu gün, 18:48 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi Bu gün, 17:49 Bakıda vəzifəli şəxs işdən azad edildi Bu gün, 17:49 Azərbaycan Məkkə Konvensiyasına qoşulub Bu gün, 17:48 Kredit borcuna görə zaminin avtomobillərinə qadağa qoyula bilərmi? Bu gün, 17:48 Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq Bu gün, 17:48 Azərbaycanda dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişib Bu gün, 17:48 Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi" Bu gün, 17:48 İsa Həbibbəyli: "Ramiz Mehdiyev ölkənin adına ləkə gətirən cinayət hərəkətlərinə yol verib" Bu gün, 16:48 İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür Bu gün, 16:48 İran səfiri Azərbaycanla cinayətkarlığa qarşı birgə mübarizədən danışıb Bu gün, 16:48 "Nar" AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi Bu gün, 16:48 AQTİ Xırdalanda yeni laboratoriya kompleksi tikdirəcək Bu gün, 16:48 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman Bu gün, 16:48 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb Bu gün, 16:48 Regional Su Meliorasiya Xidməti Abşeronda qəzalı vəziyyəti aradan qaldırmağa 4 milyon manat xərcləyəcək Bu gün, 15:48 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu Bu gün, 15:48 Azərbaycan Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək Bu gün, 15:48 Ramiz Mehdiyev AMEA-dan tam uzaqlaşdırıldı Bu gün, 15:48 Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB Bu gün, 15:48 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı Bu gün, 15:48 Beynəlxalq şahmat festivalının qalibi Murad İbrahimli: "Son tur xüsusilə çətin keçdi" Bu gün, 15:48 Netanyahu üçün kritik sınaq: Seçkilərdən sonra İsraili nə gözləyir? Bu gün, 15:48 Xuraman Əlizadəyə ağır itki üz verdi Bu gün, 14:49 Ramin Məmmədov: Dini dözümlülük dövlət siyasətinin əsas istiqamətlərindəndir Bu gün, 14:49 Azad edilmiş ərazilərdə dini abidələrin bərpasına başlanılıb Bu gün, 14:49

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR