
Niderlandın “Red Bull” komandasının yarışçısı Maks Ferstappen “Formula 1” üzrə dünya çempionatının 20-ci mərhələsinin - Meksika Qran-prisinin qalibi olub.
“Report” xəbər verir ki, yarış Rodriges qardaşları adına avtodromda keçirilib.
İkinci yerdə “Mersedes” komandasının britaniyalı pilotu Lyuis Hemilton başa vurub. İlk üçlüyü meksikalı “Red Bull” yarışçısı Serxio Peres qapayıb.
Avstraliyalı Daniel Rikkardo (“Maklaren”) ilə toqquşduqdan sonra yapon pilot Yuki Tsunoda (“Alfa Tauri”) yarışı vaxtından əvvəl başa vurub. İspan Fernando Alonso (“Alpin”) da avtomobildəki texniki nasazlıq səbəbindən finişə çata bilməyib.
Ferstappen bu mövsüm 14 qələbə qazanıb. Niderlandlı pilot bir mövsümdə birinci yerlərin sayına görə almanlar - Mixael Şumaxer və Sebastyan Fettelin nailiyyətini geridə qoyaraq “Formula 1” rekorduna imza atıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.