
Hollivud ulduzu Leonardo DiKaprio sevgilisi ilə istirahətə yollanıb.
BAKU.WS xəbər verir ki, 50 yaşlı aktyor Fransanın Nitsa şəhərində dincəlir. O 27 yaşlı sevgilisi Vittoria Ceretti ilə yaxtada görüntülənib.
DiKaprionun xeyli çəki atması diqqətlərdən yayınmayıb. Ötən yaydan fərqli olaraq o bu il artıq çəkilərindən xilas olub.
İddialara görə, aktyor arıqlamaq üçün xüsusi çəki atma iynələrdən istifadə edib.
Qeyd edək ki, Vittoria Ceretti italiyalı modeldir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.