24-07-2025, 15:48 280

Bolt Azərbaycanda ilk sahibkarlıq sürətləndirici proqramına start verdi!

"Bolt Accelerator" – Sürücülər və kuryerlər üçün biznes imkanları

Bakı, Azərbaycan - Bolt, platformasında fəaliyyət göstərən sürücülər və kuryerlərin biznes ideyalarını reallaşdırmasına dəstək olmaq məqsədilə Azərbaycanda ilk sahibkarlıq sürətləndirici proqramı – "Bolt Accelerator" proqramına start verdiyini elan edir. Proqram iştirakçılara sahibkarlığa başlamaq üçün zəruri olan bilikləri, bacarıqları, mentor dəstəyini və ilkin maliyyə vəsaitini əldə etmək fürsətinitəqdim etməklə onların inkişafını dəstəkləyəcək.

"Bolt Accelerator proqramı ilə məqsədimiz sürücü və kuryerlərimizə yalnız qazanc deyil, sahibkarlıq ideyalarını reallaşdırmaq üçün dəstək verməkdir. Onların potensialını üzə çıxarmaq və ölkəmizdə innovasiya ekosisteminin inkişafına töhfə vermək bizim üçün önəmlidir. Ən əsas isə onların uğur hekayələrinin bir hissəsi olmaqdır."

- Ramil Məhərrəmov, Bolt Azərbaycan Baş Əməliyyat Meneceri deyib.

Proqram sürətləndirici layihələrin həyata keçirilməsində uzun illər təcrübəsi olan SUP VC şirkəti ilə tərəfdaşlıqda təşkil olunur.

"Sahibkarlıq təkcə fərdi uğur deyil, cəmiyyətin rifahı üçün də vacibdir. SUP VC olaraq bu proqramla sürücü və kuryerlərin iqtisadi dəyər yaradan ideyalarını dəstəkləyirik. Bolt ilə bu təşəbbüsün yeni biznes hekayələrinə yol açacağına inanırıq. Tərəfdaşlığın Bolt ilə olması isə simvolikdir – çünki onun CEO-su da az büdcə ilə başlayaraq uğur qazanmış bir startap nümunəsidir."

 – Rəşad Eyvazov, SUP.VC şirkətinin İcraçı Direktoru qeyd edib.

İştirak üçün istənilən sahədən olan biznes ideyası ilə 15 avqust 2025-ci il tarixinə qədər müraciət etmək mümkündür. Ən yaxşı ideyaların müəllifləri Bolt Akselerator proqramında iştirak hüququ qazanacaqlar. Burada iştirakçılar şirkət qurmaq, maliyyəni idarə etmək, marketinq strategiyası yaratmaq və müştəri cəlbi ilə bağlı praktiki biliklər əldə edəcəklər.

Proqramın növbəti mərhələsinə keçən 20 iştirakçıya sahələrinə uyğun fərdi mentorluq dəstəyi veriləcək. Sonda isə ən güclü 7 ideya maliyyə dəstəyi ilə mükafatlandırılacaq:

 1-ci yer (1 nəfər) – 10,000 AZN

2-ci yer (1 nəfər) – 7,000 AZN

3-cü yer (3 nəfər) – 4,500 AZN

4 -cü yer (2 nəfər) – 3,000 AZN

 Ümumi mükafat fondu: 36,500 AZN

Qaliblər həmçinin 6 həftəlik əlavə mentorluq proqramında iştirak edəcək. Bu mərhələ ideyanın inkişaf etdirilərək real müştərilərə çatdırılmasına kömək edəcək.

Bu proqram Bolt tərəfindən Azərbaycanda ilk dəfə təqdim olunur. Bolt Accelerator indiyə qədər Nigeriya, Avropa, Keniya, Qana və Cənubi Afrikada uğurla həyata keçirilib və həmin regionlarda 30-dan çox biznes ideyasının reallaşmasına dəstək verilib.

Müraciət və ətraflı məlumat üçün: https://boltakselerator.az/

Paylaş

Xəbər lenti

İmişlidə müəllim əməkhaqqına görə direktorla dalaşdı, arvadını və qızını DÖYDÜ Dünən, 23:48 "Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM Dünən, 23:48 Məsud Pezeşkian Pakistan ordusunun baş komandanı ilə görüşüb Dünən, 23:48 Netanyahu: İsraillə Livan arasında sülhün bərqərar edilməsi üçün tarixi imkan yaranıb Dünən, 23:48 Simonyan: İrəvan və Bakı arasında sülh əməkdaşlığa gedən yoldur Dünən, 22:48 Ərdoğan: Cənubi Qafqazda sülhlə bağlı atılan addımlar bütün dünyaya örnək olmalıdır Dünən, 22:48 31 yaşlı Nigar Adilova prorektor TƏYİN EDİLDİ Dünən, 22:48 Ərdoğan: Diplomatiyanın yerini raket və bombalar tutub Dünən, 22:48 Rumıniyanın XİN rəhbəri yaxın zamanda Ermənistana səfər edəcək Dünən, 22:48 Kondisioner ustasının ölümü ilə nəticələnən faciə niyə baş verdi? Dünən, 21:48 "Euronews" Bakıda keçiriləcək WUF13 barədə reportaj hazırlayıb Dünən, 21:48 "Qiyamət radiosu"nda yeni kod mesajı yayımlanıb Dünən, 21:48 Fidan Abbasova ilə bağlı məhkəmə qərarı narkotik istifadəsini təsdiqlədi Dünən, 21:48 445 min manat mənimsəmədə şübhəli bilinən qadın Türkiyədən Azərbaycana ekstradisiya olunacaq Dünən, 20:48 Azərbaycanda içində çox sayda şagird olan avtobus AŞDI - Hadisə yerindən GÖRÜNTÜLƏR Dünən, 20:48 Rövşən Rüstəmov: "Azərbaycan–Ermənistan arasında yükdaşımaların coğrafiyasını genişləndirmək mümkündür" Dünən, 20:48 İsrail və Livan 10 günlük atəşkəs elan edir Dünən, 20:48 Azərbaycanda dörd nəfərə yüksək VƏZİFƏ VERİLDİ - ADLAR Dünən, 20:48 Şahin Mustafayev: "Azərbaycan üzərindən keçən nəqliyyat marşrutları öz etibarlılığını sübut edib" Dünən, 19:48 Bakı şəhərinin bəzi yollarında təmir işləri həyata keçiriləcək Dünən, 19:48 Papuaşvili: Xarici müdaxiləyə qarşı beynəlxalq hüquqi çərçivə yaradılmalıdır Dünən, 19:48 Alkoqolsuz içkilərin emalı sexində YOXLAMA: İstehsal dayandırıldı Dünən, 19:48 Daha bir serial eşqi gerçək oldu Dünən, 18:48 Turan Bayramov Avropa çempionatında bürünc medal qazanıb Dünən, 18:48 Zaqatalada 1 600-dən çox abonentin qaz təchizatı dayandırılacaq Dünən, 18:48 Azərbaycan Mərkəzi Bankının departamentlərindən birinin adı dəyişdirilib Dünən, 18:48 Sahibə Qafarovaya Gürcüstan Parlamentinin Fəxri medalı təqdim edilib Dünən, 18:48 Bibiheybət yolunda bərpa işləri yekunlaşdırılıb - RƏSMİ Dünən, 17:48 Qusar Rayon İcra Hakimiyyətində yeni TƏYİNATLAR Dünən, 17:48 Naxçıvan iqtisadiyyat nazirinin yeni müavini təyin edilib Dünən, 17:48 Özünü şagirdlərinə sipər edərək həlak olan Ayla müəllim kimdir? - FOTOFAKT Dünən, 17:48 Bakıda təcili yardım sürücüsündən ŞOK ADDIM: Sərxoş və narkotikin təsiri altında... Dünən, 17:48 Azərbaycan Avropa çempionatında medal hesabını açdı Dünən, 17:48 Ailə başçısını itirməyə görə ödəniş üçün arayış tələbi ləğv edildi Dünən, 17:48 Allahşükür Paşazadə Türkiyədə məktəblərə silahlı hücumlarla əlaqədar başsağlığı verib Dünən, 17:48 İTV-nin baş direktoru vəzifəsinə namizədlərin müəyyənləşdirilməsi üçün sənəd qəbulu elan ediləcək Dünən, 16:49 "Leops" və Kapital Bank əməkdaşlığı: 8.3 milyon AZN investisiya Dünən, 16:48 Aleksey Overçuk: "Xəzərdə kruiz daşımalarının başlanılması perspektivlidir" Dünən, 16:48 "Çermet" körpüsünün asfalt örtüyündə PROBLEM Dünən, 16:48 Avtoxuliqanlıq edərək sosial şəbəkələrdə paylaşan 25 və 23 yaşlı şəxslər HƏBS OLUNDU Dünən, 16:48 Neftçalada marketdə istehlaka yararsız məhsullar aşkarlanıb Dünən, 16:48 Tramp İranla müharibəni mümkün qədər tez bitirmək istəyir Dünən, 16:48 Uşaq qidası ilə bağlı yayılan görüntülər təsdiqini tapmayıb - RƏSMİ AÇIQLAMA Dünən, 16:48 "Xeyli pul yığırlar, amma..." - Buradan ev alanlar üçün həyat əsl kabusa çevrilib? - Baku TV Dünən, 16:48 Firuzə İbadova artıq kişi müğənnilərlə duet oxumayacaq Dünən, 16:48 Ordubadda qaya uçqunu nəticəsində 32 ev qazsız qalıb Dünən, 16:48 Azərbaycan Ermənistandan nə idxal edib? - RƏSMİ CAVAB Dünən, 16:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi 2028-ci ildə tamamlanacaq Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR