4-11-2022, 10:00 654

“Baku Steel Company” nüfuzlu beynəlxalq təşkilatın üzvü olub

Qafqazın ən böyük metallurgiya şirkəti “Baku Steel Company” QSC dünya metallurqlarının nüfuzlu beynəlxalq təşkilatı hesab edilən “World Steel Association”a (Dünya Polad Assosiasiyası, qısaca - worldsteel) müntəzəm üzvlüyə qəbul olunub. Bununla bağlı qərar təşkilatın oktyabrın 17-18-də Belçikanın paytaxtı Brüsseldə Üzvlər Şurasının iştirakı ilə keçirilmiş ümumi yığıncağında qəbul edilib.

Dünyanın ən iri və dinamik sənaye assosiasiyalarından biri olan “worldsteel”ə yalnız nəhəng polad istehsalçıları üzv qəbul olunur. “Baku Steel Company” isə Cənubi Qafqazda bu təşkilata üzv olan yeganə Azərbaycan şirkətidir. Bundan əlavə, şirkətin Baş direktoru Kamal İbrahimov Assosiasiyanın Üzvlər Şurasının (Board of Members) tərkibinə qəbul edilib.

“Worldsteel” sıralarında 170-dən çox polad istehsalçısını, milli və regional sənaye assosiasiya və tədqiqat institutlarını birləşdirən qeyri-kommersiya təşkilatıdır və mərkəzi qərargahı Brüsseldə yerləşir. Dünya üzrə polad istehsalının təxminən 85%-i məhz bu Assosiasiyanın üzvlərinin payına düşür. Artıq 55 ildir fəaliyyət göstərən “worldsteel” hazırda Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Şurasında məsləhətçi statusuna malikdir. Polad sənayesi üçün beynəlxalq mərkəz rolunda çıxış edən “worldsteel” üzvlərinə bir sıra sahələrdə dəstək olur, bizneslərinin inkişafına imkanlar yaradır. Bu məqsədlə müxtəlif proqramlar həyata keçirən Assosiasiyaya üzvlük ”Baku Steel Company”yə həmçinin, təşkilatın dünya və regional polad istehsalı ilə bağlı hazırladığı statistik və ümumi hesabatlarını əldə etməyə, əməkdaşların komitələrdə üzvlüyünə, qlobal polad istehsalçılarının ümumi şəbəkəsində, eləcə də dünyanın qabaqcıl polad istehsalçılarının qatıldığı konfrans və tədbirlərində iştirakına imkan yaradacaq.

Xatırladaq ki, “Baku Steel Company” hazırda yüksək keyfiyyətdə armatur, katanka (məftil), dairəvi çubuqlar, kvadrat və dairəvi pəstahlar, tikişsiz borular, habelə çeşidli fasonlu tökmələr istehsal edir. Fəaliyyət göstərdiyi 20 ildən artıq dövrdə nəinki Azərbaycanın, bütün Qafqaz regionun tanınmış brendinə çevrilə bilən şirkətin məhsulları yerli bazarda böyük tələbatla satılmaqla yanaşı Avropa, Amerika və Asiyanın ümumilikdə 20-dən çox ölkəsinə ixrac olunur.

Paylaş

Xəbər lenti

Bakının bir hissəsində qaz kəsilib Bu gün, 15:48 Qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb Bu gün, 15:48 100 min bina söküləcək iddiaları təkzib edildi Bu gün, 15:48 Moskvaya qar yağacaq Bu gün, 15:48 Ceyhun Bayramov UNESCAP rəsmisi ilə əməkdaşlıq perspektivlərini müzakirə edib Bu gün, 15:48 Azərbaycan XİN Belçika və Niderland səfirlərinə kəskin etiraz bildirib Bu gün, 15:48 TikTok canlı yayımında dəhşət: qadını bıçaqladı Bu gün, 14:48 "Mübarək" şadlıq sarayında yanğın olub Bu gün, 14:48 Sabunçu tunelindəki təhlükəli vəziyyət ARADAN QALDIRILDI Bu gün, 14:48 Ucarda 15 yaşlı qız ana olub, cinayət işi AÇILDI Bu gün, 14:48 Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb Bu gün, 14:48 Abituriyentlər daha çox 1-ci ixtisas qrupuna müraciət edirlər Bu gün, 14:48 Bakıda şagird sinif yoldaşına XƏSARƏT YETİRDİ Bu gün, 14:48 Ötən həftə 1455,4 hektar ərazi minalardan təmizlənib Bu gün, 14:48 Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq Bu gün, 14:48 "İlin ən yaxşı xəbər kanalı" - "Haber Global" iki mükafat qazandı Bu gün, 13:48 Azərbaycanda 15 yaşlı qız dünyaya uşaq gətirdi Bu gün, 13:48 Nərimanov rayonunda unlu qənnadı məmulatlarının emalı müəssisəsində istehsal dayandırılıb Bu gün, 13:48 Ebru Gündeş konsertdə estetik etirafı ilə gündəm oldu Bu gün, 13:48 Ceyhun Bayramov BMT tədbirində Azərbaycanın çoxtərəfli əməkdaşlığa sadiqliyini bildirib Bu gün, 13:48 Bakıda qardaşı oğlunu öldürməkdə təqsirləndirilən şəxsə ağır cəza istənildi Bu gün, 13:48 Maştağada evdən 8 min manatlıq qızıl oğurlanıb Bu gün, 13:48 16 sahibkara "Startap" şəhadətnaməsi verilib Bu gün, 13:48 Polis SÜRÜCÜLƏRƏ müraciət etdi Bu gün, 12:48 "Barselona"nı "Çempionlar Liqasından edən futbolçu indi bu kluba keçmək istəyir Bu gün, 12:48 "Moyka"dan "Range Rover" qaçırıldı Bu gün, 12:48 ABŞ-də UNO tədqiqatçısının müəmmalı ölümü ilə bağlı məlumat yayılıb Bu gün, 12:48 Ələtdə körpə QIZDIRMADAN ÖLÜB Bu gün, 12:48 Yaponiyada 7.4 bal gücündə zəlzələ baş verib - Sunami XƏBƏRDARLIĞI Bu gün, 12:48 Salah "Liverpul"dan ayrılacağını açıqladı Bu gün, 12:48 "İdrak"da güllələnən müəllim həmin şagirdi bağışladı Bu gün, 12:48 "Baku Steel Company" Almaniyada "Tube 2026" sərgisində Bu gün, 12:48 Sabah Azərbaycanda yağış yağacaq Bu gün, 12:48 Pensiya alanlara sevindirici XƏBƏR Bu gün, 12:48 "Neftçi"dən "Qarabağ"la oyundan əvvəl azarkeşlərə MÜRACİƏT Bu gün, 12:48 Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərində sosial-emosional öyrənmə proqramı icra olunur Bu gün, 11:48 "Azərpoçt"un yeni rəhbəri MƏLUM OLDU Bu gün, 11:48 Azərbaycan məktəblərində 263 müəssisədə sanitar pozuntu aşkarlanıb Bu gün, 11:48 ABŞ-də iranlı qadın silah alveri ittihamı ilə saxlanılıb Bu gün, 11:48 Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqların sonuncusu evə buraxılıb Bu gün, 11:48 Bu hallarda qan vermək OLMAZ Bu gün, 11:48 İbrahim Tatlısəs əməliyyatdan sonra ilk dəfə görüntülənib Bu gün, 11:48 Misli Premyer Liqasında son 10 ilin tamaşaçı rekordu yeniləndi Bu gün, 11:48 "Mançester Yunayted"in futbolçusu cinsiyyət dəyişdirib? Bu gün, 11:48 Füzulidəki qəzada ölən hərbçilərin FOTOSU Bu gün, 10:48 İranda "Mossad"la əlaqədə ittiham olunan iki nəfər edam edilib Bu gün, 10:48 Azərbaycanda pul ən çox bu sahəyə XƏRCLƏNİR Bu gün, 10:48 "Azərpoçt"un rəhbəri işdən çıxıb Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR