4-11-2022, 09:57 881

Bakıda yanğın təhlükəli kafenin fəaliyyəti dayandırılıb

Bakıda yanğın təhlükəli kafenin fəaliyyəti dayandırılıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən paytaxtın Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 88, mənzil 5 ünvanında yerləşən Əhmədov Sabir Faiq oğluna məxsus “Xəngəland” kafesində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki, noyabrın 1-də 90-JB-457 dövlət qeydiyyat nişanlı, “QAZel” markalı yük avtomobilindən propan qaz balonlarının sözügedən obyektə daşınması haqqında daxil olmuş əməliyyat məlumatı və sakinlərin müraciətləri əsasında operativ yanğın-texniki müayinə keçirilməsi məqsədilə qanunamüvafiq qaydada qeyd olunan obyektdə yoxlama aparılıb və yanğın təhlükəsizliyi qaydalarının tələblərinin kobud şəkildə pozulduğu müəyyən edilib. Belə ki;

- obyektin yerləşdiyi mərtəbədə binanın ümumi istifadəsində olan, insanların təhlükəsiz təxliyəsi üçün nəzərdə tutulmuş dəhliz hissəsindən mətbəx otağına qanunsuz qaz xəttinin çəkildiyi və propan qaz balonlarının rezin boru vasitəsilə həmin xəttə birləşdirilərək yanğın təhlükəsizliyi və tikinti norma və qaydalarının tələblərinin kobud şəkildə pozulduğu;

- obyektin otaqlarında avtomatik yanğın xəbərdaredici qurğuların quraşdırılmadığı;

- insanların kütləvi toplaşdığı obyektdə ehtiyat təxliyə yolunun mövcud olmadığı;

- obyektin normaların tələblərinə uyğun sayda ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilmədiyi;

- elektrik təsərrüfatına profilaktik baxış keçirilmədiyi və elektrik naqillərinin izolyasiyasının gərginliyə qarşı müqavimətinin yoxlanılmadığı;

- tüstü bacalarının yağ qalıqları və digər yanar materiallardan təmizlənmədiyi;

- obyektin işçi heyətinin yanğın təhlükəsizliyi tədbirləri və yanğın zamanı davranış qaydaları haqqında təlimatlandırılmadığı aşkar olunub.

"Onu da qeyd edək ki, sahibkar Sabir Əhmədova belə fəaliyyətin yanğın-partlayış hadisələrinin baş verməsinə real zəmin yaratması barədə dəfələrlə xəbərdarlıq edilməsinə və barəsində inzibati tədbirlər görülməsinə baxmayaraq, obyektdə kobud qayda pozuntularına hələ də yol verilir.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın və ya partlayış hadisəsi qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanlarla əlaqədar qanunvericiliyə uyğun olaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 88, mənzil 5 ünvanında yerləşən Əhmədov Sabir Faiq oğluna məxsus “Xəngəland” kafesində işlərin və xidmətlərin göstərilməsinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib. Eyni zamanda, real təhlükə mənbəyi olan propan qaz balonlarının binadan kənarlaşdırılması təmin olunub", - məlumatda qeyd edilib.

Paylaş

Xəbər lenti

Bakı bulvarında Çay Festivalı keçirilir Bu gün, 20:48 Dünyəvi Azərbaycan modeli hədəfdə Bu gün, 20:48 Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar Bu gün, 20:48 Azərbaycanın səfiri Pakistan Prezidentinə etimadnaməsini təqdim edib Bu gün, 20:48 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia Bu gün, 20:48 Dünyəvi Azərbaycan modeli kimi narahat edir? Bu gün, 19:48 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir Bu gün, 19:48 AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib Bu gün, 19:48 Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur Bu gün, 19:48 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb Bu gün, 18:48 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu? Bu gün, 18:48 Qazaxıstan və Azərbaycan nəqliyyat-logistika əməkdaşlığının inkişafını müzakirə edib Bu gün, 18:48 Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib Bu gün, 18:48 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Bu gün, 18:48 Ürəyimiz yananda çay: Bakı bulvarında festival Bu gün, 18:48 Bakının bu prospektində mikromobillik zolağı təşkil olunub Bu gün, 17:48 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Bu gün, 17:48 İranın daxili işlər naziri Azərbaycan Prezidentinə təşəkkür edib Bu gün, 17:48 Çin XİN başçısı Azərbaycana səfər edəcək Bu gün, 17:48 Rusiya deputatı Zelenskiyə 60 günlük atəşkəs əvəzinə kapitulyasiya təklif edib Bu gün, 17:48 Anar Hacıyev "Qarabağ"dakı vəzifəsindən ayrılıb Bu gün, 17:48 Sabah Naxçıvanın bir sıra ərazilərində işıq kəsiləcək Bu gün, 17:48 Ucarda sərnişin avtobusu yandı Bu gün, 17:48 Dağıdılan kənd, yurdundan qovulan insanlar: Böyük Məzrənin ağrılı keçmişi Bu gün, 17:48 "Barselona" Dani Olmonu satmaqdan imtina edib Bu gün, 17:48 Məktəbli qızların geyimi: Valideynin inancı, uşağın seçimi, yoxsa dövlətin qaydaları? Bu gün, 17:48 "Çoxları bu böyük səhvi edir" - Tanınmış həkim xəbərdarlıq etdi Bu gün, 17:48 Məktəbin qarşısında dini radikal şüarlar səsləndirildi - Uşaqları alət etdilər Bu gün, 16:48 Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib Bu gün, 16:48 Mikayıl Cabbarov: "Şirkətlərimizin Kambocada yeni tərəfdaşlıqlar qurmasını dəstəkləyirik" Bu gün, 16:48 İrandan Azərbaycana qarşı çirkin təxribat: "Dövlətimiz nə lazımdırsa, edir, edəcək" Bu gün, 16:48 Torreyra: "Bizə belə futbolçular lazımdır" Bu gün, 16:48 Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq Bu gün, 16:48 Qusarda yanğın: Bir nəfərin meyiti tapılıb Bu gün, 16:48 Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar Bu gün, 16:48 Məşhur reper ABŞ prezidentliyinə namizədliyini irəli sürəcək Bu gün, 16:48 "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı üzrə 100 nəfər nəfər qalib olub Bu gün, 16:48 Mikayıl Cabbarov: "SOCAR Kamboca ilə investisiya imkanlarını nəzərdən keçirməyə hazırdır" Bu gün, 16:48 Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər? Bu gün, 15:48 "Hörümçək-adam"ın ulduzu boşandığı həyat yoldaşının toyunda aparıcılıq edib Bu gün, 15:48 Qaradağda məktəb direktorunun maşını yandırılıb Bu gün, 15:48 Azərbaycanda 102 tələbəyə Prezident təqaüdü verilib Bu gün, 15:48 Yasamalda məktəbi yandırmağa cəhd etdilər Bu gün, 15:48 Prezident Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini təsdiq edib Bu gün, 15:48 Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı Bu gün, 15:48 Dünya bazarında neftin qiyməti 105 dollar ətrafında sabitləşib Bu gün, 15:48 İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlanıb Bu gün, 15:48 Prezident İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR