
"Hörümçək-adam" filmlərindəki rolu ilə tanınan aktyor Tobi Maquayr rəsmi boşanmasından cəmi iki həftə sonra keçmiş həyat yoldaşı Cennifer Meyerin toy mərasimini idarə edib.
BAKU.WS xəbər verir ki, 51 yaşlı aktyorun keçmiş həyat yoldaşı milyarder Cefri Oqunlesi ilə ailə qurub. Toy mərasimi Havay adalarında yerləşən "Four Seasons Resort Lanai" hotelində keçirilib.
Mərasimdə aktyor Leonardo DiKaprio, model Vittoriya Çeretti və aktrisa Kortni Koks da daxil olmaqla bir sıra məşhurlar iştirak ediblər. Maquayr və Meyerin övladları – 19 yaşlı Rubi və 17 yaşlı Otis də valideynlərinin yanında olublar.
Qeyd edək ki, Tobi Maquayr və Cennifer Meyer 2016-cı ildə ayrılıblar. Doqquz il evli olan cütlük boşanma prosesini yalnız 2026-cı ilin sentyabrında rəsmiləşdirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.