
“Avropa İttifaqının Rusiyanın enerji resurslarından müstəqilliyi assosiasiyanın strateji məqsədidir”.
“AVESTA.AZ” xəbər verir ki, bunu ABŞ-da Atlantika Şurasında çıxış edən Avropa Komissiyasının (AK) enerji üzrə baş direktoru Ditte Jule Yorgensen deyib.
O, Ukraynadakı münaqişədən sonra Aİ-nin Rusiyanın enerji resurslarına qayıda biləcəyi sualına cavabında deyib:
“Rusiyanın enerji resurslarından asılılıqdan qurtulmaq bizim strateji hədəfimizdir. Düşünürəm ki, hadisələrin inkişafı bu istiqaməti təsdiqləyir”.
Onun sözlərinə görə, Aİ-nin qaz anbarları hazırda 95% doludur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.