
Göyçay, Salyan, Qazax, Şəmkir, Tovuz və Masallı rayonlarının bir sıra ərazilərində qaz təchizatında müvəqqəti fasilələr yaranacaq.
BAKU.WS xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyi tərəfindən aparılacaq təmir-quraşdırma işləri və qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar bir neçə rayonun yaşayış məntəqələrində qazın verilişi dayandırılacaq.
Magistral qaz kəmərinə yeni çəkilmiş xəttin və qaztənzimləyici qurğuların qoşulması, həmçinin ehtiyat qaz kəmərlərinin əsas qaz kəmərindən ayrılması ilə əlaqədar noyabrın 2-dən 5-dək Göyçay rayonunun bir sıra kəndlərində qaz təchizatı dayandırılacaq.
Fasilə Mirzəhüseynli, İkinci Ərəbcəbirli, Şəhadət, Qarabağlar, Üngütlü, Mallı Şıxlı, Ərəbşahverdi, Xəlitli, Yeniarx, Hacıağabəyli, Müskürlü, Qəbələ Müskürlü, Çərəkə, Çərəcə və Şıxlar kəndlərini əhatə edəcək.
Bundan əlavə, təmir-quraşdırma işləri ilə əlaqədar oktyabrın 30-da saat 10:00-dan işlər başa çatanadək Salyan şəhərinin bir neçə küçəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar oktyabrın 30-da saat 09:30-dan işlər yekunlaşanadək Qazax rayonunun Kosalar kəndində, Şəmkir rayonunun Dəllər Cəyir kəndində və Tovuz rayonunun bir hissəsində də qaz təchizatında fasilə yaranacaq.
Həmçinin, oktyabrın 30-da saat 10:00-dan işlər başa çatanadək Masallı rayonunun Boradigah qəsəbəsində, Mollaoba, Babaser və Bədəlan kəndlərində, eləcə də Türkoba kəndinin bir hissəsində qaz təchizatı dayandırılacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.