
"Çox asan qollar buraxdıq, belə olmamalı idi".
"AVESTA.AZ"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Sumqayıtda eyniadlı komanda ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIII tur oyunundan sonra mətbuat konfransında deyib.
Rumıniyalı mütəxəssis bildirib ki, boşluqlar təkcə müdafiədə deyil: "Bütün komandanın səhvindən qol buraxdıq. Topu necə saxlamalı olduğumuzu bilmirdik, sürətli oynamırdıq. Ona görə rəqib qol imkanları yaratdı".
O, Aqil Məmmədovun xəstə olduğu üçün meydana çıxmadığını söyləyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.