
Rusiyanın Kamçatka yarımadasının şərq sahilləri yaxınlığında 4,5 maqnitudalı zəlzələ qeydə alınıb.
BAKU.WS xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanlar noyabrın 25-də yerli vaxtla saat 04:20-də baş verib.
Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 176 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 50 kilometr dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
Bundan bir neçə saat əvvəl də şəhərdən 189 kilometr cənub-şərqdə 4,3 maqnitudalı zəlzələ qeydə alınıb. Həmin zəlzələ nəticəsində xəsarət alan olmayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.