
Binəqədi rayonunda müxtəlif vaxtlarda dörd avtomobildən sürətlər qutusunun "beynini", radiator, elektrik naqilləri və iki akkumulyator oğurlanıb. Polisin keçirdiyi tədbirlərlə oğurluqları edən 46 yaşlı E.Günəşov saxlanılıb.
AVESTA.AZ-in məlumatına görə, araşdırma zamanı onun rayondakı evlərdən birindən də məişət əşyaları oğurladığı məlum olub.
Rayonda qeydə alınan digər hadisə isə avtoyuma məntəqəsində baş verib. Avtomobilini "50 qəpiklik moykada" yuduzduran şəxs daha sonra ödəniş terminalını sındıraraq içindəki pulu götürüb. Polis bu əməli törədən 43 yaşlı S.Hüseynovu müəyyən edərək saxlayıblar.
Hər iki fakt üzrə araşdırma davam edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.