9-08-2025, 14:48 1076

Azərbaycanla münasibətlərin sahmana salınması İran üçün vacibdir -

Prezident Məsud Pezeşkianın oğlu Yusif Pezeşkianın Azərbaycanla münasibətlərə dair kifayət qədər cəsarətli çıxışı İran cəmiyyətindəki ab-havanın carçısıdır. Oğlu kimi prezidentin özü də Azərbaycanla münasibətlərə dair reallıqla ayaqlaşan, konyunktura zidd bəyanatlar verməkdədir.

İsrail-İran hərbi münaqişəsindən sonra rəsmi Tehranın xarici siyasət ritorikasındakı dəyişikliklər hiss edilməyə başladı. İran rəsmiləri əvvəlkindən fərqli olaraq, açıqlamalarında aqressivlik tonunu xeyli yumşaltmağa məcbur olublar. Çünki nə təzyiq rıçaqları əvvəlki kimidir, nə diplomatik alətlər, nə də hərbi resurslar. 12 günlük müharibədən sonra həm siyasi quruluşun, həm də cəmiyyətdəki münasibətlər sisteminin dəyişilməsinə ciddi ehtiyacın duyulmasına dair bəyanatların, hətta klerikal rejimin ən mühafizəkar təmsilçiləri tərəfindən də səsləndirilməsi onu göstərir ki, İran ciddi islahatlar astanasındadır.

AVESTA.AZ bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

İslahatçılar, yoxsa mühafizəkarlar?

Hadisələrin İran dövlətçiliyi üçün hansı ssenari ilə cərəyan edəcəyini zaman göstərəcək. Ancaq indidən aşkar şəkildə görünür ki, Tehrandakı idarəçilər mühafizəkar və islahatçı cəbhələrə bölünüblər. İran yaxın gələcəkdə ikincilərin təklif etdikləri hərtərəfli liberallaşma yolu ilə də gedə bilər, mühafizəkarların təzyiqləri ilə dəyişikliklərsiz də keçinər. Ancaq nə vaxtadək?

İranın daxilində təhlükəsizliklə bağlı ciddi boşluqlar var. Ağır sosial-iqtisadi durumu da əlavə etsək, ölkədə dərin və hərtərəfli islahatların həyata keçirilməsi üçün zəminin yetişdiyini deyə bilərik. Real dəyişikliklərə start verilməsi mövcud narazılıqları müvəqqəti olaraq neytrallaşdıra bilər. Yox, əgər Tehranda mühafizəkarların xətti üstün olarsa, gedişat, hətta qiyam və sistem dəyişikliyi uğrunda mübarizəyə də yol açar.

Xarici siyasətin iflası

İsraillə müharibə göstərdi ki, İranın, hətta müsəlman aləmində də lazımi nüfuzu yoxdur. Digərlərinə yuxarıdan aşağı baxma, təhdid ritorikasına üstünlük ölkənin real təcridinə səbəb olub. Bunu ən çox hiss edən dövlətlərdən biri də elə Azərbaycandır. Bu baxımdan, əgər söhbət islahatlardan gedirsə, bu prosesin mütləq xarici siyasəti də əhatə etməsi başlıca şərtdir.

İran qonşularına qarşı, xüsusilə Azərbaycanla münasibətlərdə təhdidedici, eqoist tərzi ilə nəyə sahib oldu? İran əhalisini çox sayda sosial, iqtisadi, siyasi problemlə yanaşı, məhz bu sual da maraqlandırır.

Bunun aşkar əlamətləri artıq özünü büruzə verir. Özü də aşağılarda deyil, hakimiyyətin ən üst qatında. Prezident Məsud Pezeşkianın oğlu Yusif Pezeşkianın Azərbaycanla münasibətlərə dair kifayət qədər cəsarətli çıxışı İran cəmiyyətindəki ab-havanın carçısıdır: "Bəziləri mütəmadi olaraq "Azərbaycan müharibədə İsrailə yardım edirdi" ifadəsini işlədir. Bu cür iddia irəli sürməzdən əvvəl bu açıqlamaları təsdiq edən sənəd və sübutları araşdırmaq lazımdır. Kəşfiyyat və təhlükəsizlik xidməti bu barədə məlumat veribmi? Azərbaycanda yaşayan iranlılardan hər hansı məlumat təqdim edilibmi? Azərbaycanın İranla müharibədə İsraili dəstəklədiyinə dair hansı sübutlar var? Təhlükəsizlik orqanları bunu təsdiq etməyiblər. Növbəti mərhələdə bu açıqlamanın ölkəmizə nə gətirəcəyini aydınlaşdırmaq lazımdır. Azərbaycanla münasibətlərimizin gərgin olmasını istəyirikmi?"

Azərbaycanla münasibətlərdə yeni səhifə açılacaqmı?

Bu yanaşmanın, hətta İranın prezidentinin ailəsində hakim olması onu göstərir ki, eyni məzmunlu sual daha geniş kütlələri - sıravi vətəndaşları da maraqlandırır. Azərbaycanın İran üçün sıradan bir qonşu olmaması məsələni daha da ciddiləşdirir. Ölkə əhalisinin böyük bir qismi azərbaycanlılardan ibarətdir. İranın siyasi, ictimai, iqtisadi, mədəni həyatının ən müxtəlif sferalarında təmsil olunan soydaşlarımızın sual vermək və cavab tələb etmək haqları var. Bu gün İranın prezidentinin azərbaycanlı olmasının özü kifayət qədər ciddi və qabarıq göstəricidir. Ən azı bu amil onu ehtimal etməyə əsas verir ki, İran dəyişmək qərarına gələrsə, atılacaq ilk addımlarından biri Azərbaycanla münasibətlərə yenidən baxılması olmalıdır.

Rəsmi Tehranın xarici siyasətinin Azərbaycan istiqamətində hələ İsraillə müharibədən öncə dəyişikliyin hiss edilmədiyini iddia etmək müəyyən mənada haqsızlıq olardı. Bu reallıq təbii ki, ilk növbədə Prezident Məsud Pezeşkianın şəxsiyyəti ilə bağlıdır. Dövlət başçısı Azərbaycan türküdür və onun eyni xalqa, adət-ənənələrə malik olduğu bir dövlətə qarşı son illərdə nümayiş etdirilən haqsız yanaşmaya biganə qalma ehtimalı yox idi. Əslində, bu, onun tək şəxsi vizyonu da deyil, ictimai sifarişdir.

Oğlu kimi Pezeşkianın özü də...

Pezeşkianın oğlunun kifayət qədər aktual bir məsələyə belə qəlbən və səmimiyyətlə toxunması prezident ailəsində hakim olan ab-havanın bariz göstəricisidir. Oğlu kimi Pezeşkianın özü də Azərbaycanla münasibətlərə dair konyunktura zidd bəyanatlar verməkdədir. Onun xüsusilə Bakıya və Xankəndiyə səfərlərdən sonra Azərbaycanla münasibətlərə yenidən baxılmasına dair qorxmaz çağırışlarının tarixi əhəmiyyəti var. Məsələn, müharibə günlərində guya Azərbaycanın İsrailə "kömək etməsi" barədə feyk məlumatları İranda ilk təkzib edən elə Prezident Pezeşkian olub. Onun İranın təhlükəsizlik orqanlarının bu məlumatları təsdiqləmədiyini deməsi, bu mövzuda aparılan qızışdırıcı polemikanın kökündən kəsilməsinə yol açdı.

Dəyişiklik mövcudluq məsələsi və sosial sifarişdir

Baş verənlər göstərir ki, gələcəkdə İranda köklü dəyişikliklər qaçılmazdır. İrandakı ictimai-siyasi münasibətlər islah olunmalıdır və köhnəlmiş, insan hüquqları və texnoloji tərəqqi səbəbindən aktuallığını itirmiş dəyərlər sistemi aradan qaldırılmalıdır. Çünki bu sistem daxildəki müqavimət qarşısında aciz qaldıqca, xaricdəkilərlə münasibətlərdə daha da aqressivləşir.

Dəyişiklik tələbi bugünkü İranın mövcudluq məsələsi və sosial sifarişdir. Bu tələb artdıqca mühafizəkar-islahatçı bölgüsü daha da dərinləşəcək. Bu fikir ayrılığı indi tək sırf siyasi dəhlizlərin reallığı deyil, İranın sadə kütlələri də durumun fərqindədir. İran tarixi çox siyasi təlatümlər görüb, odur ki, vaxtında qəbul edilməmiş qərar baha başa gələ bilər. Bu kontekstdə Azərbaycanla münasibətlərin sahmana salınması əlahiddə vacib çağırışdır.

Paylaş

Xəbər lenti

Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48 Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib Bu gün, 10:48 "Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR