
ABŞ-nin şərq sahillərində güclü yağış və külək Şükran Günü tətilində elektrik enerjisinin verilişində və hava nəqliyyatında fasilələrə səbəb olub. 500 mindən çox abonent işıqsız qalıb.
AVESTA.AZ "Son Dakika"ya istinadən xəbər verir ki, Şimali Karolinadan Nyu-Yorka qədər uzanan sahilboyu ərazilərdə hündür dalğalar daşqınlara səbəb olub. Virciniya, Merilend, Delaver və Nyu-Cersi ştatlarında ağaclar aşıb, bir sıra yaşayış məntəqələrinə maddi ziyan dəyib.
BBC-nin "FlightAware" platformasının məlumatlarına əsasən yaydığı xəbərə görə, cümə axşamı ölkədə təxminən 400 uçuş ləğv edilib, 1 200 reys isə gecikib. Amerika Avtomobil Assosiasiyası yeddi günlük tətil ərzində 81,5 milyon nəfərin evindən ən azı 80 kilometr uzağa səfər edəcəyini proqnozlaşdırıb.
Bundan əvvəl Mayami Beynəlxalq Hava Limanında "FedEx" şirkətinə məxsus yük təyyarəsi eniş zamanı uçuş-enmə zolağından çıxıb. Xəsarət alan olmayıb. ABŞ Federal Aviasiya Administrasiyası hadisə ilə bağlı araşdırmaya başlayıb.
Nyu-Yorkda Şükran Günü münasibətilə hər il keçirilən ənənəvi parad da güclü yağış və külək proqnozuna görə ilk dəfə təxirə salınıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.