
İtaliyanın bir neçə aparıcı klubu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Lorenzo Mezzotero ilə maraqlanır.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Onun sözlərinə görə, "İnter", "Yuventus", "Napoli", "Fiorentina", "Komo", "Sassuolo" və "Montsa" hazırda "Sampdoriya"da çıxış edən 18 yaşlı hücumçunu izləyirlər.
Xatırladaq ki, bu il Azərbaycanın U-21 millisinə cəlb olunan Lorenzo Mezzotero "Sampdoriya"nın heyətində son 4 oyunda 4 qola imza atıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.