17-08-2025, 09:48 775

Rəqsanə İsmayılovanı hansı cəza gözləyir?

Vətəndaşların 35 000 dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan müğənni Rəqsanə İsmayılovanın təqsiri sübuta yetirilərsə, o, azadlıqdan məhrum edilə bilər.

AVESTA.AZ xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Pərviz Hacıyev deyib.

O bildirib ki, Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə - xüsusilə külli miqdarda dələduzluq əməli törədilmə ilə təqsiri sübuta yetirildikdə, o, 10 ildən 14 ilədək azadlıqdan məhrum edilə bilər:

"Şəxsin barəsində qanunun qüvvəyə minmiş məhkəmə hökmü yoxdursa, şəxs təqsirsiz sayılır və təbii ki, istintaq getməlidir, araşdırılmalıdır.

Dələduzluq, aldatma, etibardan sui-istifadə etməklə özgəsinin əmlakını və pulunu ələ keçirmək deməkdir. Burada istintaq sübuta yetirməlidir ki, Rəqsanə İsmayılova aldatma və yaxud da etibardan sui-istifadə etməklə şəxslərin əmlakını, yaxud pullarını xüsusilə külli miqdarda ələ keçirib, yəni burada tərkib olmalıdır".

Onun sözlərinə görə, bəzən dələduzluq ilə mülki məsələni qarışdırırlar:

"Məsələn, kimdənsə borc alınaraq geri qaytarılmaması dələduzluq sayılmır. Hansısa işin qurulması məqsədilə bağlanmış müqavilə qarşılığında pul alına bilər. Bunların hamısı araşdırılmalıdır.

Dələduzluqda şəxsin etibarından sui-istifadə etməklə pulu alınaraq ələ keçirilir. Hansısa işi görmək üçün pul alınır, amma məqsəd iş görmək deyil, sadəcə pulu ələ keçirməkdir. Şəxs deyə bilər ki, o vəd verir ki, iş quracaq, bununla bağlı pul götürür, amma onun buna səlahiyyəti yoxdur. Rəqsanə İsmayılova xüsusilə ağır cinayətdə ittiham olunduğuna görə, ilkin olaraq həbs müddəti 4 aydır. Hazırda istintaq getməlidir. İstintaq müddətində sübutlar toplanmalıdır. Təsdiq olunmalıdır ki, şəxsin niyyəti etibardan sui-istifadə ilə pul ələ keçirmə olub".

Hüquqşünasın sözlərinə görə, əgər ittihamın verdiyi dəlillər məhkəmədə araşdırma zamanı sübuta yetirilməsə, şikayətlərin əsassız olduğu müəyyən edilsə, bəraət verilə bilər:

"Cinayət Məcəlləsinin 178-ci maddəsinin 1,2,3-cü hissələrində dəymiş ziyanın hissəsini ödəməklə müəyyən məbləğini dövlət mülkünə keçirməklə bəraət verilir. Amma 178.4-cü maddədə elə bir tədbir yoxdur.

Məhkəmə gedişatında, yaxud istintaq zamanı onlar ərizə verirsə ki, Rəqsanə İsmayılova dəyən ziyanı ödəyib, ondan artıq heç bir şikayət yoxdur, təbii ki, belə olan halda məhkəmə cəza təyin edərkən 70-ci maddəni tətbiq edib şərti cəza da verə bilər. İşin hallarından asılı olaraq sanksiyada nəzərdə tutulan minimum cəza da verə bilər".

Paylaş

Xəbər lenti

50 yaşını qeyd edən Tünzalə Ağayeva: "Deyirlər yaşını demə!" Bu gün, 00:48 Armudun insan orqanizminə zərərləri - Çoxlarının bilmədiyi məqamlar Bu gün, 00:48 Azərbaycan və İtaliya ticarət dövriyyəsini 10 milyard avroya çatdırmaq niyyətindədir Dünən, 23:48 Evlərin istilik sistemlərində hansı dəyişikliklər nəzərdə tutulub? Dünən, 23:48 Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq Dünən, 23:48 Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb Dünən, 23:48 Putin: Rusiya və Ukrayna razılığa gələ bilər Dünən, 23:48 Brüssel sakini itkin düşənlərin axtarışı ilə bağlı İrəvanı Bakı ilə əməkdaşlığa çağırıb Dünən, 22:48 Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar Dünən, 22:48 Bu rayonda 960 şagirdlik yeni məktəb TİKİLƏCƏK Dünən, 22:48 Tünzalə Ağayevadan eşq etirafı: "Evlənməyə yox, amma …." Dünən, 22:48 Tünzalə Ağayeva: "Sevginin yaşı yoxdur" Dünən, 22:48 Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib Dünən, 22:48 Bakıda avtobuslar ən çox bu yollarda tıxaca düşür - SİYAHI Dünən, 21:48 Bakıda binada uçqun Dünən, 21:48 Kardiologiya İnstitutunun həyətində pasiyentin ürəyi iki dəfə dayandı - Həkimlər onun həyatını belə xilas etdi Dünən, 21:48 Vətən müharibəsi qazisi qətlə yetirildi Dünən, 21:48 Putinlə görüş zamanı Uitkoffdan diqqətçəkən detal Dünən, 20:48 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı Dünən, 20:48 "Naxçıvan Aqroservis"in sədri həbs edilib Dünən, 20:48 Çində 7 maqnitudalı zəlzələ olub Dünən, 20:48 Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub Dünən, 20:48 SOCAR-la İtaliyanın "Eni" şirkəti arasında əməkdaşlığın inkişafı müzakirə edilib Dünən, 20:48 Ağdamda avtoxuliqanlıq edən şəxs 15 sutka həbs edildi Dünən, 19:48 Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı Dünən, 19:48 Azərbaycan və Norveç arasında siyasi məsləhətləşmələr keçirilib Dünən, 19:48 Türkiyə ilə Kanada müdafiə və enerji sahəsində əməkdaşlıq edəcək Dünən, 19:48 İstehlakçıların aldadılması ilə bağlı 8 ayda 396 müraciət daxil olub Dünən, 18:48 Belarus müharibəyə hazırlaşır, lakin ondan yayınmağa çalışır Dünən, 18:48 Sahil qəsəbəsində yaşayanların DİQQƏTİNƏ! Məhdudiyyət Dünən, 18:48 Amnistiyaya düşən kişi arvadını döydü Dünən, 18:48 Bu il Azərbaycanda 306 vətəndaş aldadılıb Dünən, 18:48 BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib Dünən, 18:48 Avtobusu sürməkdən imtina edən "BakuBus" sürücüsü işdən azad edildi Dünən, 18:48 Sədr vəzifəsindən çıxarılan şəxs sabiq deputatın qardaşıdır Dünən, 18:48 Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu Dünən, 17:48 Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub Dünən, 17:48 Xocalıdan silah tapıb Abşerona gəldi, anasını güllələdi Dünən, 17:48 İmtahan qaydalarını pozmaqda ittiham olunanlar: Kamran Əsədov və Gündüz Abbasovun cinayət işi Dünən, 17:48 Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub Dünən, 17:48 Mühasiblərin diqqətinə! QEYDİYYAT BAŞLADI Dünən, 17:48 "Global Media Group"un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib Dünən, 16:48 Qardaşlığın gələcəyi necə qorunacaq? Dünən, 16:48 Bacısının bədənində işgəncə izlərini gördü, qayınatasını qətlə yetirdi - Tərtərdəki cinayətin təfərrüatı Dünən, 16:48 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan 5 nəfər saxlanılıb Dünən, 16:48 Təhsil şöbəsinin müdiri işdən çıxarıldı Dünən, 16:48 TƏBİB: Bu il qripə qarşı peyvəndləmədə Niderland istehsalı olan vaksindən istifadə olunur Dünən, 16:48 Qubada qaydaları pozan qazilər həbs edildilər Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR