
Cəlilabad rayonunda 8 noyabr - Zəfər Günü ilə əlaqədar olaraq Şəhidlər xiyabanı ziyarət edilib.
"Report"un Muğan bürosunun məlumatına görə, mərasimdə rayon rəsmiləri, qazilər, yerli sakinlər iştirak edib.
Ziyarətçilər abidənin önünə gül dəstələri düzüb, Vətən müharibəsində canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramlarını bildiriblər.
Qeyd edək ki, Zəfər Günü rayon Mədəniyyət Mərkəzində konsert proqramı ilə davam edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.