
Lənkəran rayonunun Digah kəndində ev yanıb, iki nəfər xəsarət alıb.
''AVESTA.AZ''un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə 1976-cı il təvəllüdlü Natavan Sənan qızı Hüseynovaya məxsus olan evdə baş verib. Ev sahibi və övladı - Hüseynova Nigar Emin qızı yanğından xilas olmaq üçün özlərini ikinci mərtəbədən aşağı atarkən xəsarət alıblar.
Yaralılar Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.