25-11-2026, 10:48 143

Analiz vermək adı ilə xəstəxanada keçmiş həyat yoldaşını öldürən şəxsin işi Ali Məhkəmədə

Füzuli rayonunda qətl törətməkdə təqsirləndirilən Elsevər Bağırovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, şikayət hakim İlqar Cəfərovun sədrliyi ilə araşdırılacaq.

İttihama görə, 1977-ci il təvəllüdlü E.Bağırov keçmiş həyat yoldaşını balta ilə öldürüb. E.Bağırov 2006-cı ildə Füzuli rayonu, Böyük Bəhmənli kənd sakini Dilbər Namazova ilə ailə həyatı qurub və onların bu nikahdan iki övladı dünyaya gəlib.

2018-ci ildə E.Bağırov həyat yoldaşından şübhələnib və aralarında mübahisələr başlayıb. Mübahisələrin sonunda cütlük rəsmən boşanıb və Dilbər iki övladı ilə birlikdə atasının evinə köçüb. Amma buna baxmayaraq, Elsevər yenə də onu rahat buraxmayıb. O, bir müddət qızını himayəsində saxlamağa cəhd etsə də, məhkəmə buna icazə verməyib və övladı anası ilə qalıb. O, dəfələrlə qızını görməyə gələrkən onu evinə aparmaq istəsə də, övladı bundan imtina edib, anasının himayəsində qalmaq istədiyini deyib.

Çarəsiz qalan Elsevər Dilbərlə barışıb yenidən birlikdə yaşamağa qərar verib. Amma buna baxmayaraq, Elsevər bir müddət sonra yenidən evdə mübahisələr yaradıb, Dilbər Namazovanın başqa kişi ilə sevgili olduğunu deyib.

Füzuli Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyən D.Namazova 2023-cü ildə yenidən Elsevərdən ayrılıb və atasının evinə qayıdıb. Həmin vaxtdan etibarən o, Elsevərlə əlaqəni kəsib. Lakin Elsevər tez-tez xəstəxanaya gedərək mübahisə edib, onu öldürəcəyini bildirib. D.Namazova bununla bağlı polisə məlumat verib. Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları E.Bağırovu bir neçə dəfə polisə dəvət edərək, onunla profilaktik söhbətlər aparıb, D.Namazovaya mane olmamağı tapşırıblar.

Sonuncu dəfə Elsevər Bağırov Dilbərin işlədiyi xəstəxananın laboratoriya şöbəsinə gedərək qan analizi vermək istədiyini deyib. Ondan analiz götürüləndən sonra Elsevər xəstəxananın inzibati binasında həkimlərlə mübahisə edib. Axşam saatlarında D.Namazova iş yoldaşı Şəhla ilə işdən çıxarkən pilləkəndə Elsevəri görüb. O, Elsevərə fikir vermədən pilləkənləri enib və iş yoldaşının avtomobilinə tərəf gedib. Elə bu vaxt Elsevər üzərində gizlətdiyi baltanı çıxararaq arxadan D.Namazovaya hücum edib. O, əlindəki balta ilə keçmiş arvadına bir neçə zərbə endirərək yerə yıxıb. Ətrafdakı insanlar və xəstəxana mühafizəçilərinin səyi nəticəsində Elsevərin əlindəki balta alınıb, özü isə hadisə yerindən uzaqlaşdırılıb.

Füzuli RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Bağırov saxlanılıb, fakta görə cinayət işi başlanıb.

Hadisə nəticəsində ağır xəsarətlər alan D.Namazova xəstəxanaya yerləşdirilsə də, orada dünyasını dəyişib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Bağırov 18 il azadlıqdan məhrum edilib.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR