
Paytaxtın Nərimanov rayonunda yerləşən məktəblərin birində şagirdlər arasında baş verməsi iddia olunan hallar polis tərəfindən araşdırılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nəzrin Adıgözəlzadə BAKU.WS-ə məlumat verib.
O, bildirib ki, təhsil müəssisəsinin aidiyyəti heyəti və şagirdlər valideynləri ilə birgə ərazi üzrə polis şöbəsinə dəvət edilərək onlarla profilaktik iş aparılıb, narazılığa səbəb olan hallar müəyyən olunaraq aradan qaldırılıb.
Həmin hərəkətlərdə hər hansı kriminal tərkib müəyyən olunmayıb.
***2026-11-24 saat - 22:22
Paytaxtın Nərimanov rayonunda yerləşən Zaur Nudirəliyev adına 47 nömrəli tam orta məktəbdə şagirdlər arasında insident baş verib.
BAKU.WS xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin APA-ya verdiyi məlumata görə, paytaxtın Nərimanov rayonunda yerləşən məktəblərdən birində şagirdlər arasında baş verdiyi iddia olunan hallar polis tərəfindən araşdırılıb.
Təhsil müəssisəsinin aidiyyəti əməkdaşları, eləcə də şagirdlər valideynləri ilə birlikdə ərazi üzrə polis şöbəsinə dəvət ediliblər. Onlarla profilaktik iş aparılıb, narazılığa səbəb olan hallar müəyyən edilərək aradan qaldırılıb.
Həmin hərəkətlərdə hər hansı cinayət tərkibi müəyyən edilməyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.