24-08-2025, 16:48 734

Bakının mərkəzindən yoxa çıxan zibil qabları - Məsuliyyət kimdədir?

Bakıda COP29 ərəfəsində əksər küçələrdə kiçik ölçülü zibil qabları - urnalar quraşdırılmışdı. Sakinlər, turistlər əllərindəki tullantıları rahatlıqla qısa vaxtda zibil qabı tapıb ata bilirdi. Son zamanlar isə vətəndaşlar şikayət edirlər ki, əksər zibil qabları sökülüb. Bir çox ərazilərdə belə hallar mövcuddur.

Bu səbəbdən də vətəndaşlar ətrafda zibil qabı tapa bilmir və zibili yerə tullayırlar. Vətəndaşlar iddia edirlər ki, zibil qablarının yığışdırılmasının səbəbi daha çox cərimə yazıla bilməsi üçündür.

Oxu.Az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

"Hər bir MKTB öz ərazisinə cavabdehdir"

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti rəhbəri Mətin Hüseynovun sözlərinə görə, zibil qablarını hər rayon üzrə Mənzil Kommunal Təsərrüfatı Birlikləri yerləşdirir: "Hər bir MKTB öz ərazisinə cavabdehdir. Yəni vətəndaş konkret ərazi üzrə həmin qurumlara müraciət etməlidir. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı departamenti isə narıncı və yaşıl konteynerləri yerləşdirir. Amma siz dediyiniz zibil qabları, yəni urnaları hər rayon öz tələbatına görə yerləşdirir".

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentindən bildirildi ki, zibil qutuları küçələrdə əsasən 100 metrdən bir yerləşdirilir və bu, ümumi standartdır: "Sadəcə əhalinin daha sıx olduğu yerlərdə artıq standart 50 metr olur. Məsələn, "Fəvvarələr bağı" kimi insanların çox toplaşdığı yerlərdə bu məsafə 50 metrə qədər azaldılır. Amma standart 100 metrlik məsafədir".

Urbanist Anar Əliyevin fikrincə, zibil qabları şəhərlərin ayrılmaz hissəsidir: "Yerə zibil atmaq qəbulolunmazdır. Lakin insanların zibili yerə atmaması üçün zibil qabları mütləq olmalıdır. Çünki bu şəhər infrastrukturunun bir parçasıdır. Ən az 100 metrdən bir zibil qabları olması vacibdir".

"40 metrdən az olmayaraq zibil qutuları quraşdırılmalıdır"

Ekoloq Sadiq Həsənovun sözlərinə görə, COP29 dövründə bu işlərə çox ciddi yanaşılırdı. Bu tədbirdən sonra da ənənələri davam etdirməliyik: "Zibil qutularının qoyulması qanunvericilikdə əksini tapıb. Nazirlər Kabinetinin 2005-ci il 74 saylı qərarında konkret məsafələr qeyd olunub. Parklar və xiyabanlarda zibil qutuları arasında məsafə 40 metrdən az olmamalıdır. Daha çox insanların olduğu ərazilərdə isə 10-50 metr arası nəzərdə tutulub. Zənnimcə, tullantı qabları qəsdən yığışdırılmayıb. Ola bilsin ki, hansısa ərazilərdə tullantı qabları çatışmadığından bir az saylarını azaldıblar. Ancaq hər bir halda bu nizamlanmalıdır. Hansı rayonlarda ki, zibil qabı yoxdur, həmin ərazilərdə bələdiyyələrə yaxud icra hakimiyyətlərinə müraciət etməliyik ki, problemi həll etsinlər".

S.Həsənov bildirdi ki, zibilin yerə atılması təkcə təbiətə yox, həm də bizim sağlamlığımıza ziyandır: "Zibil qabı olmayan ərazilərdə insanların zibili yerə atması qəbul edilən hal deyil. Əgər ətrafda zibil qabı yoxdursa, qarşına zibil qabı çıxana qədər onu saxlamaq lazımdır. Ətraf mühitə atdığımız hər tullantı müəyyən formada bizə geri dönür. Həm ərazini çirkləndirir, həm də külək vasitəsilə ətrafa yayılır. Qida maddələri sürətlə parçalanıb zəhərli qazlar yaradır. Hansı ki, bəzən zibil qalıqlarının yanından keçdikdə xoşagəlməz qoxunu hiss edirik".

"Bu, düzgün yanaşma deyil"

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Rövşən Muradov da düşünür ki, insanlar bu kimi hallarda müvafiq qurumları xəbərdar etməlidirlər: "Ola bilər ki, zibil qutusunu kimlərsə oğurlayır, yaxud müəyyən səbəblərdən yığışdırılır. Bütün ərazilərə nəzarət edən qurumlar var. Onlar bu zibil qablarına məsuliyyət daşıyırlar. Urnalara müvafiq rayon icra orqanları, icra hakimiyyətlərinin nəzdində kommunal təsərrüfat birlikləri baxır".

R.Muradovun fikrincə, hər kəs əlindəki tullantını özü daşımalı və lazım olan yerə atmalıdır: "Məsələn, Yaponiyada siqaret çəkənlərin hər birinin əlində xüsusi qablar olur. Onlar hətta siqaretin külünü belə çölə atmırlar. Külünü də qaba tökürlər və tullantı üçün nəzərdə tutulan qutulara boşaldırlar. Bəzən görürük ki, insanlar tum çırtlayıb yerə tökürlər. İrad da bildirəndə deyirlər ki, onsuz da kimsə süpürəcək. Amma bu, düzgün yanaşma deyil. Hər kəsin əlində paketi olmalıdır ki, zibili olanda və qutu tapmayanda oraya ata bilsin. Çünki yerə zibil atmağa görə İnzibati Xətalar Məcəlləsində cərimələr nəzərdə tutulub. Ətraf mühitin mühafizəsi haqqında qanun mövcuddur. Orada bu kimi məsələlər qeyd olunub".

"Cərimədən əlavə, maariflənmə də olmalıdır"

Deputatın sözlərinə görə, cərimələrdən əlavə, insanları maarifləndirmək də lazımdır: "İnsanlar başa düşməlidirlər ki, urnanın olmaması ətrafı çirkləndirməyə səbəb ola bilməz. Təkcə şəhərdə yox, dənizdə, meşədə də bəzən görürük ki, insanlar zibillərini tullayıb gedir, maşından yerə atırlar. Amma Azərbaycan bizim torpağımızdır, onu qorumaq, təmiz saxlamaq hamımızın vəzifə borcumuzdur".

Paylaş

Xəbər lenti

DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48 Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib Bu gün, 10:48 "Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48 Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR