26-11-2026, 18:48 151

"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə dayanıqlılıq hesabatını təqdim edib. Şirkətin üç əsas fəaliyyət istiqamətini - sərnişin aviaşirkətini, hava limanlarını və aeronaviqasiya xidmətlərini əhatə edən hesabatda əməliyyat göstəricilərinin artması, emissiyaların azaldılması, infrastrukturun müasirləşdirilməsi və xidmətlərin rəqəmsallaşdırılması üzrə əldə olunan nəticələr, eləcə də dayanıqlı inkişaf prioritetləri əks olunub.

BAKU.WS xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

2025-ci ildə milli aviadaşıyıcı 55 istiqamət üzrə 35 mindən çox reys yerinə yetirərək 4 milyondan çox sərnişin daşıyıb. Beləliklə, 2028-ci il üçün planlaşdırılan sərnişindaşıma həcminə artıq hesabat ilində nail olunub. Onlayn satışların ümumi satışlarda payı 30 faiz olub. Xidmətlərin rəqəmsallaşdırılması çərçivəsində sərnişinlərə "AZAL Upgrade", biletlərin onlayn dəyişdirilməsi və bir sıra digər rəqəmsal həllər təqdim olunub.

Aviaşirkət ekoloji, sosial və korporativ idarəetmə ("ESG") strategiyasının hazırlanmasını yekunlaşdırıb və 2050-ci ilədək xalis sıfır və ya sıfıra yaxın emissiya səviyyəsinə keçid planını hazırlayıb. Hesablamalara görə, Avropa İttifaqı ölkələrindən yerinə yetirilən reyslərdə tərkibində 2% dayanıqlı aviasiya yanacağı (SAF) olan qarışığın istifadəsi CO₂ emissiyalarını təxminən 800 ton azaldıb. 2025-ci ildə donanmaya qoşulan iki yeni "Airbus A320neo" təyyarəsi isə baza göstəriciləri ilə müqayisədə emissiyaları təxminən 9.2 min ton azaltmağa imkan verib.

2025-ci ilin may ayında "Azərbaycan Hava Yolları" Bakıda Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının ("IATA") Aviasiya Enerji Forumuna ev sahibliyi edib. Cənubi Qafqaz və Xəzər regionunda ilk dəfə keçirilən forum 60-dan çox ölkədən 700-dən artıq nümayəndəni bir araya gətirib. Forum çərçivəsində aviaşirkət "IATA"nın "CO₂ Connect" və "İnteqrasiya Olunmuş Dayanıqlılıq" proqramlarına qatılıb, həmçinin "Ətraf Mühitin Qiymətləndirilməsi" ("IEnvA") proqramında iştirak edəcəyini açıqlayıb.

Hesabat dövründə Azərbaycanın hava limanları şəbəkəsi 8,6 milyon sərnişinə xidmət göstərib. Bunun 7,64 milyonu Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb ki, bu da aeroportun tarixində ən yüksək illik sərnişin göstəricisidir. İl ərzində aeroportda 59 min qalxma və enmə əməliyyatı qeydə alınıb. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi isə regionların hava nəqliyyatına çıxış imkanlarını genişləndirib.

Sərnişin axınının artması ilə yanaşı, Heydər Əliyev Beynəlxalq Aeroportunda birbaşa istixana qazı emissiyaları ("Scope 1") 33.3 faiz, alınan enerji ilə bağlı dolayı emissiyalar ("Scope 2") isə 21.2 faiz azalıb. Aeroport Xəzər regionu və Mərkəzi Asiyada beynəlxalq "Airport Carbon Accreditation" ("ACA") proqramının üçüncü səviyyəsinə yüksələn ilk hava limanı olub. Bu səviyyə karbon emissiyalarının sistemli idarə olunmasını və aeroport tərəfdaşlarının emissiyaların azaldılması prosesinə cəlb edilməsini nəzərdə tutur.

Hesabat ilində "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin (AZANS) xidmət göstərdiyi uçuşların sayı 10.5 faiz artaraq 342 167-yə, tranzit uçuşların sayı isə 13.9 faiz artaraq 261 085-ə çatıb. Hava məkanının ötürmə qabiliyyəti saatda 120 uçuşa yüksəlib, bir uçuşa düşən emissiya isə 18.2 faiz azalıb.

AZANS "ICAO" standartlarına uyğun III kateqoriyalı ("CAT" III) cihazla enmə sistemini tətbiq edib, CANSO-nun "GreenATM" proqramına qoşulub və Azərbaycanın yeni Milli Hava Məkanı Strategiyasının hazırlanması üzrə IATA ilə əməkdaşlığı davam etdirib.

"Dayanıqlılıq strategiyamızın əsas istiqamətlərindən biridir və Avrasiyada təhlükəsiz, qabaqcıl aviasiya ekosisteminə çevrilmək hədəfimizin ayrılmaz hissəsidir.", - deyə QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev bildirib.

Hesabatlarla tam şəkildə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür:

"Azərbaycan Hava Yolları" SAŞ

Heydər Əliyev Beynəlxalq Aeroportu

"Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi

Paylaş

Xəbər lenti

Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Dünən, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR