10-11-2022, 00:00 774

Ermənistanın kapitulyasiya aktını imzalamasından iki il ötür

Bu gün Ermənistanın İkinci Qarabağ müharibəsində məğlubiyyətini anlayaraq kapitulyasiya aktını imzalamasından iki il ötür.

“Report” xatırladır ki, işğalçı ölkə tərəfindən məğlubiyyət aktını Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. Belə ki, 2020-ci il sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın müddət ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal altında saxlanılan torpaqların azad olunması uğrunda döyüşlərə başlayıb. Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatlarına o zamankı bütün cəbhəboyu istiqamətlərdə start verilib.

Müharibə dövründə Azərbaycan Ordusu düşmən tapdağı altında olan torpaqları hər gün kəndbəkənd, şəhərbəşəhər azad edib. Azərbaycanın əzəli torpaqlarını işğal edən və bu torpaqlarda yaşayan azərbaycanlıları ata-baba yurdlarından didərgin salan düşmən isə döyüş meydanında məhv edilib. Düşmənin sağ qalan silahlıları isə torpaqlarımızdan qovulub.

Hər gün yeni-yeni qələbələrə imza atan Azərbaycan hərbçisi nəinki erməni işğalçılarını məhv edib və torpaqlarımızdan qovub, hətta düşməndən qənimət kimi ələ keçirdiyi hərbi texnikalardan və silah-sursatlardan elə ermənilərin özlərinə qarşı istifadə etməyə başlayıb. Azərbaycan Ordusunun döyüş meydanında nümayiş etdirdiyi qəhrəmanlıq və şücaət düşməni lərzəyə gətirib. Ona görə də bu qəhrəmanlığın qarşısında duruş gətirə bilməyən erməni hərbçiləri təkcə döyüş meydanından deyil, eləcə də ordudan qaçmağa başlayıblar. Məhz bu səbəbdən İkinci Qarabağ müharibəsində Ermənistan ordusunda fərarilərin sayı on minlərlə olub.

Ordumuzun hələ döyüş əməliyyatlarının başlanıldığı ilk gündə bir neçə yaşayış məntəqəsini işğaldan azad etməsi düşmənin şəxsi heyəti arasında vahimə və qorxu yaradıb. Hər addımda məhv edilən düşmən hərbçiləri çıxış yolunu yalnız geri çəkilməkdə görüblər və sağ qalanlar bununla canlarını qurtarmağa çalışıblar.

44 gün davam edən döyüşlər zamanı 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun bir neçə kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.

Azərbaycan Ordusunun noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etməsi düşmənin faktiki olaraq məğlubiyyətinə səbəb olub. Artıq həm şəxsi heyət, həm də hərbi texnika və silah-sursatının tükəndiyini görən Ermənistanın hərbi-siyasi rəhbərliyi məğlubiyyətini anlayıb və atəşkəslə bağlı sənədi imzalamağa razılıq verib. Bununla da rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edib.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bununla da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub. Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları sülh yolu ilə Azərbaycana qaytarılıb.

Əvvəlcə bəyanatın üç ölkənin başçısı tərəfindən videokonfrans vasitəsilə imzalanması nəzərdə tutulub. Amma sonradan Ermənistanın Baş naziri Nikol Paşinyan üçtərəfli bəyanatı dünya ictimaiyyəti qarşısında imzalamaqdan imtina edib. O, ölkəsinin kapitulyasiya aktına gizlincə imza atıb.

Bununla da Azərbaycan döyüş meydanında olduğu kimi, siyasi meydanda da tam qələbə qazanıb.

Paylaş

Xəbər lenti

İstanbulda seldə ölənlərin sayı 3-ə çatdı Bu gün, 17:48 Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb Bu gün, 17:48 Bacısına mesaj yazan qaynını bıçaqladı - Abşerondakı cinayətin təfərrüatı Bu gün, 17:48 52 yaşında üçüncü dəfə ana olacaq Bu gün, 17:48 Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törədib, həbs edilib Bu gün, 17:48 Azərbaycanda ölən gənc əsgər evin tək oğlu imiş - Təfərrüat Bu gün, 17:48 Din xadiminə sui-qəsd hazırlamaqda təqsirləndirilənlərə hökm oxunub Bu gün, 17:48 Bu geyiminə görə 62 yaşlı Bred Pitti tənqid etdilər Bu gün, 17:48 Bakıda 8 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək Bu gün, 17:48 Lalə Məmmədova bu akademiyada tərcüməçi işləyir Bu gün, 16:48 Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər Bu gün, 16:48 İrandan Azərbaycana 16 kq narkotikin keçirilməsinin qarşısı alınıb Bu gün, 16:48 Toyuq kəsimi sexinin fəaliyyəti dayandırılıb - Buna görə Bu gün, 16:48 Rüşvət alarkən yaxalanan bələdiyyə sədrinə ağır cəza Bu gün, 16:48 Ermənistana qarşı sanksiyaların vacibliyi: "Haber Global" Azərbaycan liderindən sitat gətirdi Bu gün, 16:48 Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib Bu gün, 16:48 Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb Bu gün, 16:48 Qusarda vəhşi heyvanlar 3 nəfərə xəsarət yetirib Bu gün, 16:48 Azərbaycanda gənc əsgər vəfat etdi Bu gün, 16:48 Bakı Bəyannaməsi qəbul edilib Bu gün, 16:48 Sultan Hacıyev AQEM-in yeni baş katibi olacaq Bu gün, 16:48 Cütlüklərin subaylardan daha xoşbəxt olmasının SƏBƏBİ TAPILDI Bu gün, 16:48 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır" Bu gün, 15:48 Bilgəhdə dəhşətli qəza: iki nəfər öldü, sürücünün sərxoş olduğu bildirilir Bu gün, 15:48 Təlim toplanışında hərbi vəzifəlilərə nə öyrədildi? Bu gün, 15:48 Safura Əlizadənin İstanbuldakı evini su basdı Bu gün, 15:48 Lavrov Azərbaycana təşəkkür etdi Bu gün, 15:48 Saleh Səmədova hökm oxundu Bu gün, 15:48 İstanbulda güclü yağışlar səbəbindən 46 təyyarə başqa hava limanlarına yönləndirildi Bu gün, 15:48 Məşhur aktrisa təyyarədə stüardessanın birinə yumruq vurdu, digərini isə dişlədi Bu gün, 14:48 Bakı bulvarında diqqətçəkən MƏNZƏRƏ Bu gün, 14:48 Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır Bu gün, 14:48 Sadır Japarov: Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm Bu gün, 14:48 Emoməli Rəhmon: Yalnız qarşılıqlı ehtiram, hörmət və anlaşma ilə ortaq məqsədlərimizə nail ola bilərik Bu gün, 14:48 Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır Bu gün, 14:48 Qatlanan iPhone modelinin təmir qiyməti dodaq UÇUQLATDI Bu gün, 14:48 Kartdan-karta pul köçürmələri ilə bağlı Mərkəzi Bankdan xəbərdarlıq Bu gün, 14:48 Vo Thi An Suan: Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib Bu gün, 14:48 Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik Bu gün, 14:48 Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb Bu gün, 13:48 Azərbaycanın AQEM-də sədrliyi daha iki il uzadıldı Bu gün, 13:48 "TikTok"da canlı yayımda söyüş söyənlər saxlanıldılar Bu gün, 13:48 Prezident İlham Əliyev: Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb Bu gün, 13:48 Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib Bu gün, 13:48 Bu rayonda məktəblər TƏMİR OLUNACAQ Bu gün, 13:48 İlon Mask Zelenskini istefa verməyə çağırdı Bu gün, 13:48 İranla müharibə yenidən alovlana bilər: ABŞ-nin planında nəhəng bomba Bu gün, 13:48 "Kızılcık Şerbeti"ni tərk edən aktrisa yenidən qayıdır Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR