
Azərbaycanda bir sıra təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin aparılması planlaşdırılır. Layihə məktəb binalarının texniki vəziyyətinin yaxşılaşdırılması, mühəndis-kommunikasiya sistemlərindəki problemlərin aradan qaldırılması və şagirdlər üçün daha əlverişli təhsil şəraitinin yaradılması baxımından əhəmiyyət daşıyır.
AVESTA.AZ-in məlumatına görə, bu məqsədlə Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi satınalma elan edib.
Layihənin ehtimal olunan dəyəri 2 milyon 538 min manatdır. Təmir işləri Ağdaş, Ucar, Yevlax və digər rayonlardakı məktəbləri əhatə edəcək.
Təmir və kommunal-kommunikasiya işlərinin əsas faydalarından biri məktəblərdə mövcud texniki problemlərin aradan qaldırılması və təhsil mühitinin yaxşılaşdırılmasına xidmət edəcək. Mühəndis sistemlərinin saz vəziyyətə gətirilməsi binaların gündəlik istismarında yarana biləcək çətinliklərin azalmasına, tədris prosesinin daha rahat şəraitdə təşkilinə kömək edəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.